Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu şəxslərin maaşı artdı

Tarix: 16-02-2018 09:24     Baxış: 3464 A- / A+
 Azərbaycanda bu  şəxslərin maaşı artdı


Manevr.az-ın xəbərinə görə, bu barədə AMEA-dan məlumat verilib.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkhaqqı artırılacaq professor və dosentlərin sayı dəqiqləşdirilib.

Akademiyadan bildirilib ki, çalışan və elmi adı olan 1.400 alimin - 1.060 dosent, 340 professorun əməkhaqqına artım əlavə ediləcək. Bu artım dosent və professorların vəzifə maaşlarına elmi adlara görə əlavələrin verilməsi ilə baş verəcək. Artım yanvarın 1-dən hesablanacaq. Alimlərə artımların fevral ayının maaşını alarkən ödənilməsi nəzərdə tutulur.

Dosent və professorların vəzifə maaşlarına elmi adlara görə ödənilən əlavələrin məbləği "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında nəzərdə tutulmuş həcmdə müəyyənləşdiriləcək. Elmi ada görə əlavələr müəyyənləşdirilərkən işçinin elmi stajı nəzərə alınacaq.

Bu qərara əsasən, dosent elmi adına görə əməkhaqqına iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat, 10 ildən 15 ilə qədər olduqda 50 manat, 15 ildən 20 ilə qədər olduqda 75 manat, 20 ildən artıq olduqda 100 manat əlavə ediləcək. Professor elmi adına görə iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat, 10 ildən 15 ilə qədər olduqda 60 manat, 15 ildən 20 ilə qədər olduqda 90 manat, 20 ildən artıq olduqda 120 manat əlavə ediləcək. Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək.

Qeyd edək ki, indiyədək yalnız ali məktəblərdə çalışan dosent və professorların əməkhaqlarına elmi ada görə əlavələr edilirdi. "Elm haqqında" qanunun tətbiqi ilə əlaqədar isə bu ildən həmin əlavələr AMEA sistemindəki elmi müəssisələrdə çalışan alimlərə də şamil edilib./trend

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar