Xəbər lenti
Qəbul imtahanlarında hansı dəyişiklik oldu?
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişiklik edib.
Təhsil eksperti Kamran Əsədov qafqazinfo-ya açıqlamasında dəyişikliklərdəki bəzi məqamlara aydınlıq bildirib.
O qeyd edib ki, təqdim edilən dəyişiklik keçən ildən qüvvədədir və həyata keçirilir: "Lakin Nazirlər Kabineti bu dəyişikliyin rəsmi şəkildə adlandırma məsələsini həll edib. Əsasən yenilik üç qrupa bölünür.
Birincisi, konkret olaraq qəbul imtahanları yaz və yay imtahan sessiyası adlandırılıb.
İkincisi, abituriyentlərə təkcə bir ixtisas qrupu üzrə deyil, başqa qrup üzrə də imatahanda iştirak etmək hüququ verilir. Məsələn, abituriyent yaz imtahanında II qrup üzrə imtahan vermişdisə, yay sessiyasında isə III və ya başqa ixtisas qrupu üzrə imtahan verə bilər. Ancaq əvvəllər abituriyent yalnız bir qrup üzrə imtahanlarda iştirak edə bilərdi. Yəni, əgər yaz sessiyasında IV qrupun imtahanında iştirak etmişdisə yay sessiyasında da həmin qrupun imtahanında iştirak etməli idi.
Üçüncüsü isə V ixtisas qrupunu seçən abituriyentlər imtahan verəndən sonra qabiliyyət tələb edən ixtisaslar seçə biləcəklər. Öncələr isə ixtisas seçib sonra imtahan verilirdi".
Kamran Əsədovun sözlərinə görə bu addım abituriyentlər üçün faydalı olacaq:
"Ali məktəblərə qəbul imatahanlarında iştirak edənlərin sayı son yeddi il ərzində azalaraq 110 mindən 80 minə düşüb Buna baxmayaraq, qəbul plan yeri 2010-2017-ci illər ərzində 26 mindən 37 minə qədər artmışdır. Bunun nəticəsi idi ki, bəzən ali məktəblərə qəbul imtahanlarından sonra plan yerləri boş qalırdı. Keçid balını toplayan abituriyentlərin sayı az idi. Təsdiq edilmiş yenilik odur ki, kimsə I qrupdan riyaziyyatı yaxşı bilir, ingilis və Azərbaycan dillərini orta bilirsə, həmin abituriyent II ixtisas qrupu üzrə imtahan verib keçid balını toplaya bilər.Yəni kimsə öz ixtisas qrupunda bu və ya digər fənləri yaxşı bilib, amma keçid balını toplaya bilmirsə həmin fənlər digər qruplarda o qədər də çətin olmadığına görə, abituriyent həmin qruplarda yaxşı bildiyi ixtisaslardan yüksək bal toplamaqla keçid balına çata bilər. Beləliklə, bu ali məktəblərə qəbul imtahanlarında keçid balının artmasına, plan yerlərinin boş qalmasının sayını azalmasına gətirib çıxardacaq. Bundan başqa abituriyentlərə əlavə ixtisas seçməkləri üçün şans veriləcəkdir. Ancaq bu kütləvi olmayacaq.
Nəzərə alsaq ki, abituriyentlər bir ixtisas qrupu üzrə uzun müddət çalışır. Sözügedən abituriyentlər birdən-birə ixtisas qruplarını dəyişməyəcəklər. İxtisas qrupu dəyişimi daha çox III qrupdan II qrupa, I qrupdan II qrupa və yaxud da ki, I qrupdan IV qrupa olacağı gözlənilir. Yəni müəyyən fənlər var ki, onlar bütün ixtisas qrupları üçün keçərlidir".
Qeyd edək ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar