Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıdan Sumqayıta GİZLİ ÇÖRƏK DAŞIYANLAR kimlərdir?

Tarix: 15-02-2018 15:22     Baxış: 3421 A- / A+
Bakıdan Sumqayıta GİZLİ ÇÖRƏK DAŞIYANLAR kimlərdir?


Azərbaycanda çörəklərin antisanitar vəziyyətdə daşındığını əks etdirən fotolar yayılıb.

Manevr.az xəbər verir ki, foodinfo.az saytının yaydığı fotoda çörək daşımaq üçün istifadə olunan qablara gigiyenik qaydalara uyğun olmayan münasibətin sərgiləndiyi görünür.

Ekspertlər deyir ki, çörəyin daşındığı bu qablar gigiyena qaydalarına görə üstü açıq ərazidə saxlanılmamalı, hər gün kimyəvi məhlulun qarışdırıldığı su ilə (ən azından adi su ilə) yuyulmalıdır. Fotolarda isə görünən odur ki, bu qablar nəinki adi su ilə yuyulmur, hətta yerə də qoyulur.

Yeri gəlmişkən, sayt yazır ki, fotolar Abşeron rayonunun Masazır qəsəbəsinin çıxışında çəkilib. Bu qablarla daşınan çörəklər Bakı şəhərindəki iri çörək zavodlarından birində istehsal olunub. Maşın Sumqayıt şəhərinə daxil olmamış dayanır, çörəklər digər maşına yüklənir və Sumqayıta aparılır. Çörəklərin maşından-maşına yüklənərək daşınmasının səbəbi böyük ehtimalla bir müddət əvvəl gündəmə gəlmiş "Sumqayıta Bakı çörəyi buraxılmır” xəbəri ilə əlaqəlidir. Burdan həm də görünən odur ki, Bakıda istehsal edilən çörəklər Sumqayıtda satışda olur, sadəcə, başqa brendlə satılır.

Əldə olunan məlumata görə, Sumqayıt şəhərinə gizlicə daşınan bu çörəklər "Binə" çörək zavodunda istehsal olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar