Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Müəllimlərdən birinin vərəm xəstəsi olduğu məktəbdən AÇIQLAMA

Tarix: 15-02-2018 10:38     Baxış: 2499 A- / A+
Müəllimlərdən birinin vərəm xəstəsi olduğu məktəbdən AÇIQLAMA


Bakının 23 saylı məktəbində şagird və müəllimlər arasında xəstəlik əlamətləri aşkar olunmayıb.

Manevr.az xəbər verir ki, bu barədə müəllimlərindən birinin vərəm xəstəliyinə yoluxduğu 23 saylı məktəbin yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, müəllimlərdən biri xəstələnərək dekabrın sonunda KRVİ diaqnozu ilə xəstəlik məzuniyyətinə çıxmış və bu günə qədər işə qayıtmamışdı. 9 fevral 2018-ci il tarixdə Nəsimi Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən gələn rəsmi məktubda müəllimənin başqa diaqnozu barədə məlumat alınıb və dərhal valideynlərə və müəllimlərə bu məlumat çatdırılıb. Hazırda məktəb Səhiyyə Nazirliyinin müvafiq qurumları ilə əməkdaşlıq edərək bütün lazımi tədbirlərin həyata keçirilməsi üçün şərait yaradıb: şagirdlər, müəllimlər, inzibati və texniki işçilərin müayinəsi aparılır, həkimlər tərəfindən valideynlərin suallarına cavab verilir.

Məktəbdən bildirilib ki, bu günə qədər şagirdlər və müəllimlər arasında xəstəlik əlamətləri aşkar olunmayıb. 23 saylı məktəb normal rejimdə işləyir, bütün təlim-tərbiyə tədbirləri planlaşdırılmış qrafik üzrə həyata keçirilir.

Xatırladaq ki, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ötən gün Trend-ə bildirmişdi ki, müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb:

"Hazırda xəstə özü vərəm əleyhinə müəssisədə müalicə edilir. Onun barəsində olan məlumat isə müvafiq Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib ki, işlədiyi müəssisədə lazımi tədbirlər görülsün. Xəstə müəllimənin işlədiyi məktəbdə həm Ağciyər Xəstəlikləri İnstitutu, həm 1 saylı Vərəm Əleyhinə Dispanser, həm də Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən lazım olan tədbilər həyata keçirilir. Məktəbdə həm şagirdlərin, həm də müəllimlərin müayinəsi aparılır. Müayinələr təxminən 1 həftə ərzində başa çatacaq. Ondan sonra məktəbdə vərəmlə bağlı vəziyyətin necə olduğu aydın olacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar