Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkilləri +18-ə qarşı – Qanun layihəsi hazırlanır

Tarix: 15-02-2018 09:05     Baxış: 3336 A- / A+
Millət vəkilləri +18-ə qarşı – Qanun layihəsi hazırlanır


Azərbaycanda yeniyetmələrin 18+ saytlara girişinin qarşısını almaq üçün beynəlxalq səviyyədə işləyən yaş məhdudiyyəti sistemindən istifadə olunmalıdır.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Bakı şəhərindəki 132-134 nömrəli Təhsil Kompleksində baş verən olay fonunda ölkədə azyaşlılar arasında pornoqrafiyanın yayılmasına səbəb olan 18+ saytlara girişdə məhdudiyyətlərin tətbiq olunmaması ilə bağlı danışan Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyib. O bildirib ki, bu işdə ilk növbədə məsuliyyət valideynlərin üzərinə düşür:

“Təkcə Azərbaycanda deyil, dünyanın hər yerində 18+ saytlara giriş sərbəstdir. Sadəcə olaraq yeniyetmələrin həmin saytlara girişinin qarşısını almaq üçün yaş məhdudiyyəti sistemindən istifadə olunmalıdır. Yəni söhbət müvafiq yaş limitlərinin avtomatik olaraq kompüter tərəfindən tətbiq olunmasını təmin edən sistemdən gedir. Bu sistem beynəlxalq səviyyədə işləyir və Azərbaycanda da var. Valideynlər bu sistemi öz kompüterlərinə daxil etməklə yeniyetməlik yaşına çatmayan övladlarının müvafiq saytlara girişini əngəlləyə bilərlər. Azərbaycanda bununla bağlı müvafiq qanunvericilik də var və hər bir valideyn öz uşaqları üzərində bu istiqamətdə nəzarəti tənzimləməlidirlər”.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun sözlərinə görə, məktəblərdə, uşaq bağçalarında, ictimai yerlərdə yeniyetmələrin zərərli saytlara girişinə məhdudiyyətlərin qoyulması qanunvericilikdə öz əksini tapıb:

“Bu məhdudiyyətlər 18+ saytlara filtr sistemi ilə qoyulur. Burada valideynlərin hadisələrə münasibətindən də çox şey asılıdır. Ümumiyyətlə, televiziya proqramlarına və internetə sərbəst girişə yaş məhdudiyyəti tətbiq olunmalıdır. Bəzi ailələr bunu təbiq edirlər, bəziləri isə ümumiyyətlə etmirlər. Düzdür, internet əsrində yaşayırıq və bunun müsbət tərəfləri olduqca çoxdur. Ancaq bir məsələ var ki, ictimai yerlərdə internetə girişin sərbəst olması və yaş məhdudiyyətinin qoyulmaması azyaşlıların gələcəyini təhlükəyə atır”.

Deputat azyaşlılar və yeniyetmələrlə bağlı olan obyektlərdə internetə sərbəst girişə məhdudiyyət qoyan filtlərin tətbiq olunmasını təklif edib:


“Qanunvericilik də buna imkan verir. Bu, müzakirəyə açıq məsələdir. Xüsusilə də son məktəb olayından sonra bu kimi hadisələrin qarşısının hansı məqamlarda alınmasının mümkünlüyü və bunun səmərəsinin nədən ibarət olacağı çox önəmlidir. Çalışmaq lazımdır ki, gənclik daha düzgün yolda olsun və cəmiyyətdə öz yerlərini tutsun. Bütün bunlar hazırda cəmiyyəti, müvafiq qurumları, ziyalıları narahat edən məsələdir. Hesab edirəm ki, bu mövzu yenidən gündəmə gələcək və bu istiqamətdə bir çox problemlər öz həllini atapacaq”.

Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, sistem internete kimin girdiyini müəyyənləşdirə bilmir, ona görə də valideynlər övladlarının zərərli saytlara girişini əngəllmək üçün məhdudiyyət proqramını özləri tətbiq etməlidirlər:


“Ümumiyyətlə, məsələnin kökü uşaqların düzgün tərbiyəsindədir. Ailədə uşaqlarla vaxtaşırı ailə, məsuliyyət, cəmiyyətdə davranış və gələcək barədə söhbətlər aparılmalı, onlar həyata hazırlanmalıdır. Çünki uşaqlarla bağlı problemlər bir qayda olaraq onlara heç bir nəzarətin olmadığı ailələrdə baş verir. Bu məsələdə ailənin çox böyük rolu var. Problemli ailələrin aşkar edilməsi üçün məktəbin, sahə vəkillərinin üzərinə çox böyük məsuliyyət düşür. Bu məsələ dəfələrlə müzakirəyə edilsə də, hələ də aktual olaraq alır. Hesab edirəm ki, televiziya kanallarının proqram siyasəti kökündən dəyişməlidir. Verilişlərdə qoyulan məsələlər mənəviyyatımıza, həyat tərzimizə ziddir. Ailə dağıdan məsələlər nə vaxta qədər dəyər kimi gənc nəslin beyninə yeridiləcək. Ona görə də bu kimi problemlər uşaqların yalnız zərərli saytlara girişi qadağa qoyulması ilə çətin ki, həll olunsun. Bu, kompleks bir məsələdir”.

Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova sözügedən problemlə bağlı qanun layihəsinin hazırlandığını və yaxın zamanlarda Milli Məclisə çıxarılacağını bildirib.

Qeyd edək ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R.C. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Səbail Rayon Məhkəməsi R.C. barəsində istintaq müddətində 3 aylıq həbs qərarı çıxarıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar