Xəbər lenti
Millimizin sabiq futbolçusu kriminal avtoritet imiş... (FOTOLAR)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovun bir müddət əvvəl şəxsi "facebook” hesabında "qanuni oğru” Nadir Səlifovla birgə çəkdirdiyi şəklini paylaşması maraqla qarşılanmışdı.
Manevr.az xəbər verir ki, yenicag.az adıçəkilən şəxslə bağlı bir sıra maraqlı məlumatlar əldə edib.
Məsələ burasındadır ki, Haqverdinin "Lotu Quli” ilə şəkil çəkdirməsi heç də təsadüfi deyil. Onun özü də kriminal aləmin nümayəndəsi hesab olunur. "Lotu Quli”yə yaxınlığı ilə bilinən Yusifov "qanuni oğru”nun "bratva”sıdır. Haqverdi isə bu aləmdə "Malış Dnepr” ləqəbi ilə tanınır.
Görəsən, millimizin sabiq futbolçusu kriminal aləmə necə üzv olub? Əzəldən onda belə bir maraq var idimi? Sayt bu suala aydınlıq gətirmək üçün həmin dönəm yığmada Haqverdi Yusifovun baş məşqçisi olmuş Adil Şükürovla əlaqə saxlayıb. O, açıqlamasında bunları dedi:
"O uşaq elə şeylərdən uzaq idi. Ola bilər ki, indi ətrafı dəyişib. Haqverdi əvvəllər "Neftçi” İSM-də olub, daha sonra "Bakı”ya keçmişdi. Sakit, kollektivə uyğunlaşan biri idi. Vurub-dağıtmağa meyilli olduğunu da görməmişəm. Danışdırsan danışardı, danışdırmayanda da dinməzdi”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar