Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Girov ailələrindən ittiham: "Hanı o məktub, niyə boş-boş açıqlama yayırlar?!"

Tarix: 14-02-2018 12:17     Baxış: 3347 A- / A+
Girov ailələrindən ittiham: "Hanı o məktub, niyə boş-boş açıqlama yayırlar?!"

Ötən həftə Beynəxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.

Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O qeyd edib ki, şəxslərdən ailələrinə məlumatlar çatdırılıb, eyni zamanda ailələrinə çatdırılması üçün məlumatlar götürülüb.

Modern.az verilən məlumatlarla bağlı girov ailələrilə əlaqə saxlayıb.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev Komitənin bu açıqlamasında bərk hiddətlənib:

"Kim baş çəkib, kimə baş çəkib?! Mən iki aydır ki, qardaşımdan xəbər almıram. Deyirlər "ailələrinə çatdırılması üçün məlumatlar alınıb". Hanı o məlumatlar, hanı məktub, hanı video?! Əgər başçəkmə olmayıbsa, niyə bu cür boş-boş açıqlamalar yayırlar?!".

Dilqəm Şahbazın oğlu Kürdoğlu Əsgərov da bu ay ərzində atasından hər hansı vasitə ilə məlumat almadığını vurğulayıb.

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə 2017-cilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb. O da hazırda girovluqdadır.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar