Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

İnanılmaz fırıldaq: Broyleri sarıköklə boyayıb kənd toyuğu adıyla satırlar

Tarix: 13-02-2018 20:24     Baxış: 4536 A- / A+
İnanılmaz fırıldaq: Broyleri sarıköklə boyayıb kənd toyuğu adıyla satırlar

Bakıdakı bazarlarda, mağazalarda, bəzi metrostansiyaların çıxışında, hətta orta məktəblərin yaxınlığında “kənd toyuğu” adı altında bir ədədi 5-6 manata toyuqlar satılır.

Manevr.az sağlamolun.az-a istinadən bildirir ki, Başı, ayaqları üstündə olaraq satılan bu toyuqların harada, hansı şəraitdə saxlandığı, kəsildiyi heç kimə məlum deyil. Belə məhsulları satışa çıxaranların əksəriyyəti israrla bu toyuqların öz həyətlərinin məhsulu olduğunu deyir. Amma küçənin ortasında, sellofan torbalarda, üzərində istehsal tarixi göstərilmədən satılan bu toyuqların keyfiyyətinə heç kim zəmanət vermir. Aldanıb bu “kənd toyuqları”ndan istifadə edənlər sonradan onun əsl kənd toyuğu olmadığını anlayırlar. Anlamayanlar isə belə toyuqlardan istifadəyə davam edirlər..

“Kənd toyuqları” kimi əhaliyə sırınan bu məhsullar broyler toyuqları kimi tez bişir. Bəziləri bu toyuqların da broyler müəssisələrinin məhsulları olduğunu və xüsusi rəngləmə əməliyyatından sonra “kənd toyuqları”na çevrildiyi qənaətindədir.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev məsələ ilə bağlı modern.az-a deyib ki, fabriklərdə belə hallar yoxdur: “Bizim fabriklərimizdə kənd toyuqları və yumurtaları satılır. Marketlərdə 10 ədəd olmaqla qablaşdırılıraraq üzərində ştampla alıcılara təklif olunur. Biz kənd yumurtasını mağazalara 16-17 qəpikdən veririk. Sahibkar özü onu neçəyə satırsa, biz ona qarışmırıq. Amma bazarlarda kənd toyuğunun yumurtası 20 qəpiyədir. Kənd yumurtaları qablaşdırmalarda da satılır, açıq şəkildə də.

Bizim fabriklərin ağ yumurtasını da alın, kənd toyuğunun yumurtasını da. Ağ toyuğun yumurtasının qabığı kağız kimi olur. Kənd toyuğunun yumurtasının qabığı qalındır. Boş-boş söhbətlərdir, nə rəngli maddə? Onu rəngləməkmi olar? Lap üstünü rənglədin, içini necə rəngləyəcəksən?! Necə yəni, camaat çörəyi qulağının dibinə yeyir? Onda belə çıxır ki, broyler toyuqlarının tükünü də rəngləyib kənd toyuğu edrik? ”.

A.Vəliyev ayrı-ayrı şəxslər tərəfindən bazara bu cür toyuqların çıxarılmasını istisna etməyib:

“Ola bilər ki, bazarlarda belə müdaxilələr olsun. Amma bizim fabriklərdə bu mümkün deyil. Biz rəngləməyə vaxt sərf edincə, normal toyuqlarımızı yetişdirə bilmirik ki?..

Kimlərsə öz həyətində belə rəngləmə işlərilə məşğuldursa, biz buna cavabdeh deyilik. Və belə halların olması da istisna edilmir. Hündür çəpərlərin içərisində kim nə edir, biz necə bilə bilərik ki?”.

Aydın Vəliyev qeyd edib ki, fabriklərdəki kənd toyuqları xüsusi olaraq yetişdirilir:

“Broyler toyuğunu rəngləsən də, rəngli suya salsan da, bişəndə broyler olduğu görünəcək. Çünki tez bişir. Kənd toyuğu özü də bir neçə cür olur. Biri var onu çolpa vaxtı kəsirlər. Biri də var yumurta verən zamanda. Biri də var yumurtadan kəsiləndə. Toyuq yumurtadan kəsiləndə, təxminən 2 yaşı olur. O toyuqların əti həqiqətən gec bişir. Mən də görmüşəm ki, bəziləri öz həyətlərində sarıköklü suya salıb broyleri kənd toyuğuna “çevirir”. Amma bizdə belə şeylər yoxdur.

Bizim fabrikərdəki kənd toyuqları bağlı yerlərdə yetişdirilsə də, cinsi kənd toyuğudur. Sortu elədir. İstər Bakıda olsun, istər hansısa rayonda, kənd toyuğu elə kənd toyuğudur. Necə ki, zəncini gətir Bakıda saxla, zənci zəncidir də, Bakıda olanda ağarası deyil ki..”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, bazarlara, mağazalara hər çeşiddə toyuq məhsulları çıxarılır:

“Xəstə, baytar dərmanından ölmüş toyuq satıla bilər. Əhali belə məhsullardan uzaq olmalıdır. Bakıətrafı kəndlərdə belə toyuqlar saxlanılır, anti-sanitar şəraitdə kəsilir, yolunur, emal olunur və bazarlara çıxarılır. Mağazalarda da bəzən sovet dövründə olduğu kimi ayaqları və boğazı üzərində olan «kənd toyuğu» adı altında satılan məhsullar var. Onlar çox təhlükəli toyuqlardır. Kənd toyuğu yeyən adam həmin toyuqları alıb istifadə edəndə bilir ki, o kənd toyuğu deyil”.

Hüquq müdafiəçisi vətəndaşları diqqətli olmağa çağırıb:

“İnsanlar özləri də bilməlidir ki, küçənin ortasında, üzərində hər hansı istehlakçıya məxsusluğuna dair nişan olmadan satılan toyuqlar sağlamlıq üçün zərərlidir. Adamlar var öz həyətlərində saxladığı üç-beş toyuğu anti-sanitar şəraitdə kəsib, sellafon torbalara qoyaraq, metroların üstündə, məhəllələrdə satışa çıxarır. Alıcılar özləri də belə keyfiyyətsiz mallardan qaçmalıdırlar”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar