Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Üç ayda 3 gənc jurnalist ürəktutmadan dünyasını dəyişib…

Tarix: 13-02-2018 09:38     Baxış: 4447 A- / A+
Üç ayda 3 gənc jurnalist ürəktutmadan dünyasını dəyişib…


Son bir neçə ayda jurnalist həmkarlarımızın cavan yaşda dünyasını dəyişdiyinin şahidi oluruq. Çox təəssüf ki, həmkarlarımız əsasən ürək tutmasından, beyin qansızması nəticəsində vəfat edir.

Fevralın 12-də səhər saatlarında 39 yaşlı jurnalist, İTV-nin keçmiş əməkdaşı Kamran İsrafilov qəfildən dünyasını dəyişib. Yaxınlarının dediyinə görə, K.İsrafilov ağır xəstəlikdən əziyyət çəkən anasının əhvalını yüksəltməyə çalışıb. Buna görə səhər saatlarında işə getməzdən əvvəl anasının qarşısında qol qaldırıb oynayan K. İsrafilovun qəfildən halı pisləşərək, yerə yıxılıb. Yaxınlarının səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Üç ayda 3 gənc jurnalist ürəktutmadan dünyasını dəyişib…


Qeyd edək ki, 1979-cu il təvəllüdlü K.İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib. Həmçinin İTV-də uşaq və digər verilişlərdə aparıcı olub, Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış “Əbədi ezamiyyət” sənədli filmində Ə.Topçubaşovun obrazını canlandırıb.

Üç ayda 3 gənc jurnalist ürəktutmadan dünyasını dəyişib…


Bir neçə həftə bundan əvvəl isə digər 39 yaşlı həmkarımız, tanınmış jurnalist Nicat Məlikov da ürəktutmadan dünyasını dəyişmişdi.

N.Məlikov “Zerkalo” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. Onun sonuncu iş yeri “Vesti.Az” saytı olub.

Üç ayda 3 gənc jurnalist ürəktutmadan dünyasını dəyişib…

Ötən ilin noyabr ayında isə tanınmış jurnalist, 41 yaşlı Natiq Qədimov infarktdan dünyasını dəyişmişdi. N.Qədimov ANS telekanalında və digər mətbu orqanlarda çalışıb. Son iş yeri isə “APA Holdinq”ə daxil olan APA TV olub.(musavat.com)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar