Xəbər lenti
Bəziləriniz burada quzu balası kimiydiniz - Deputatdan sərt tənqid
“Mübarizəni kişi kimi apararlar. Siyasi mübarizəni normal qəbul edirəm, harda seçki varsa, orda müxtəlif siyasi qütblərin mübarizəsi də var. Ancaq təhqiramiz ifadələr heç kimə başucalığı gətirmir”.
Bu sözləri Milli Məclisin deputatı Adil Əliyev bildirib.
Qərb ölkələrinə sığınan bəzi azərbaycanlılar prezident İlham Əliyev haqqında ağızlarına gələni danışdığını, təhqiramiz ifadələr işlətdiyini və sosial şəbəklərdə bu səpgili görüntülər yaydığını bildirən deputat bunun yolverilməz olduğunu deyib:
“Olmaz belə! Ağlınızı başınıza yığın! Bəziləriniz burada quzu balası kimiydiniz, elə ki, Avropaya köçdünüz, “əjdahaya” dönmüsünüz, hamıya ağıl qoymağa çalışırsınız, xoşunuz gəlmədiyi insanları təhqir edirsiniz, əlinizə meqafon alıb özünüz kimi 3-4 nəfərlə Azərbaycanın səfirlikləri qarşısında bağırırsınız.
Başa düşürəm, Avropada oturum haqqı almağın ağır şərtləri var və bəziləriniz bu haqqı almaq üçün isbat eləməlisiniz ki, guya sizi Azərbaycanda siyasi fikirlərinizə görə təqib ediblər, nahaq yerə həbsə atıblar və s. İndi də Avropada ona görə qışqırıb-bağırırsınız ki, avropalı məmurlara Azərbaycanı siyasi səbəblərə görə tərk etdininizə inandıra biləsiniz. Ancaq avropalı məmurlar son illər xeyli təcrübə qazanıblar, bilirlər ki, bu kimi “izahların” çoxu sənədləriniz kimi saxtadır, həmin “sənədləri” də pulla müxtəlif partiyalardan almısınız”.
A.Əliyev son aylarda oturum almağın ən ağır olduğu Almaniyada neçə-neçə azərbaycanlını geri qaytarmağa qərar verilməsinin də təsadüfi olmadığını söyləyib:
“Belələri hansı üzlə geri qayıdacaqlar? Axı yalanları üzə çıxacaq, ona görə də eyvana çıxıb özünü atmaq istəyən və bununla almaniyalı məmurları hədələyənlər də var. Bir ölkəni qeyri-leqal şəkildə başqasıyla əvəz edib qabyuyan işləməyə hazır olan da az deyil. Nə deyim, bu sizin öz seçiminizdir. Bizim seçimimiz isə vətənimizdə yaşayıb ölkəmizi inkişaf etdirmək, torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırmaq və məmləkətimizdə problemlər varsa, onların həllinə nail olmaqdır.
Xaricə qaçmısınız, bu öz işinizdir, Azərbaycanı bəyənmirsiniz, buna da qarışmıram, ancaq gedib vətənə və dövlətimizin atributlarına təhqir yağdırmayın. Azərbaycan prezidenti ilə Berlində, Parisdə mübarizə aparmaqdansa, torpaqlarımızı işğal edən Ermənistan prezidenti ilə mübarizə aparın, onun şəklini ayaqyolundan asın, asfalta şəklini vurun! Budur əsl vətənpərvərlik. Yox, əgər Azərbaycanda dəyişiklik istəyirsinizsə, qayıdın ölkəyə, istədiyiniz müxalifət partiyasının üzvü olun və burada mübarizənizi aparın, Berlində, Parisdə bağırmaqla Azərbaycanı dəyişə bilməyəcəksiniz, belə dəyişiklik heç kimə lazım da deyil! Prezidentimizin də dediyi kimi, cəmiyyət sizin təriflədiyiniz 1990-cı illərin əvvəllərini yaşayıb, bir daha həmin günlərə qayıtmaq istəmir. Sizin Avropadan bağırtılarınız da o illərin xaosunu, anarxiyasını xatırladır”.
Millət vəkili sözlərinə əlavə edib ki, qürbətdə yaşayan azərbaycanlıların içərisində ölkəsini sevən, Azərbaycan prezidentinin siyasətini dəstəkləyən, erməni lobbisi ilə mübarizə aparan soydaşlarımız da var:
“Onlar saxtakar vətənpərvərlərdən fərqli olaraq prezidentin bütün ölkəni və milləti təmsil etdiyini anlayır, prezidentə qarşı deyil, Azərbaycanın düşmənlərinə qarşı mübarizə aparırlar. Mən onların bir çoxunu şəxsən tanıyıram, Arvopa ölkələrinə səfərlərim zamanı onlarla görüşüb fikir mübadiləsi aparmışam və erməni lobbisi ilə mübarizədə mümkün olan kömək və dəstəyimi də əsirgəməmişəm”. qafqazinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar