Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirdən ünvanlı sosial yardımla bağlı çağırış- MƏMURLARA ALDANMASINLAR

Tarix: 10-02-2018 13:54     Baxış: 3498 A- / A+
Nazirdən ünvanlı sosial yardımla bağlı çağırış- MƏMURLARA ALDANMASINLAR

Əmək və əh­a­linin sosial müdafi­əs­i naziri Səlim Müs­lüm­ov ünvanlı sosial yardımın (ÜSY) alınmasında problemlərin olması ilə bağlı şikayətlərə münasibət bildirib.
Nazir keçirdiyi mətbuat konfransında hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon və şəhər şöbələri ÜSY ilə bağlı heç bir səlahiyyətə malik olmadığını deyib.

O bildirib ki, ÜSY-yə aid bütün prosedurlar elektron sistemlə həyata keçirir: “Kimlərinsə sözünə aldanmayın ki, sizi pis vəziyyətə salmasınlar. Sadəcə olaraq notariusdan ərizə alaraq elektron qaydada VEMTAS vasitəsilə müraciət etmək olar. Bununla da iş bitir və 15 gün ərzində cavab gəlir”.

S.Müslümov deyib ki, nazirliyə daxil olan məlumatlara görə əlilliyin təyin olunması prosesi zamanı da hələ bu problemlər qalmaqdadır: “Hansısa yerli TSEK-ə getmək mənasızdır. Çünki o işə həmin TSEK baxmır. Bir rayona aid olan iş həmişə başqa rayonun TSEK-inə göndərilir, həm də sənədlər anonim olur. Sadəcə olaraq göndərişdə hər şey dəqiq yazılmalıdır. Bu halda da dəqiq şəkildə əlilliyin təyin olunması məsələsinə baxılacaq. Elektron sistem nə məmurlara, nə də hər hansı vətəndaşlara manipulyasiya etmək yeri qoymur, aldanmasınlar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar