Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı məktəbində şok: Sinif yoldaşlarını...

Tarix: 10-02-2018 09:56     Baxış: 2355 A- / A+
Bakı məktəbində şok: Sinif yoldaşlarını...

Bakı məktəblərindən birində ağlasığmaz hadisə baş verib. Yetkinlik yaşına çatmayan uşaqları narkotik və psixotrop maddələrdən istifadəyə cəlb edən şagird aşkarlanıb.

Bu barədə "Sputnik" agentliyinə Xətai Rayon Polis İdarəsindən məlumat verilib. Baş vermiş hadisə ilə bağlı polisə 138 saylı orta məktəbin direktor müavini, 1975-ci il təvəllüdlü Əhmədova Bikə Elsevər qızı məlumat verib.


O bildirib ki, 2002-ci il təvəllüdlü 10-cu sinif şagirdi T.Qasımov (istintaq maraqlarına görə ad açıqlanmır - red.) öz sinif yoldaşlarına güclü təsir edən psixotrop maddə satır. Bu barədə Əhmədovaya Qasımovun sinif yoldaşları məlumat veriblər.

Hazırda Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsində faktla bağlı araşdırma aparılır. Yeniyetmə hələlik saxlanılmayıb. Hazırda polis məktəblinin psixotrop maddələri haradan, hansı həcmdə əldə etdiyini və onun nə qədərini satdığını araşdırır.

Polis, həmçinin bildirib ki, sözügedən maddə apteklərdə həkim resepti əsasında satılır. Hazırda faktla bağlı araşdırma davam edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar