Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Təhsil Nazirliyi köçürülən tələbələrin təhsil haqqı ilə bağlı açıqlama verdi

Tarix: 10-02-2018 09:54     Baxış: 2373 A- / A+
Təhsil Nazirliyi köçürülən tələbələrin təhsil haqqı ilə bağlı açıqlama verdi

Təhsil Nazirliyi bir ali məktəbdən digər ali məktəbə köçürülən tələbələrin təhsil haqqının ödənişi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.
Manevr.az xəbər verir ki, Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib ki, köçürülən tələbə tədris ilinin yarım ili üzrə təhsil haqqını ödəyibsə, o, ikinci yarım il üzrə təhsil haqqı ödəməməlidir:

“Çünki o, artıq bir ali təhsil müəssisəsindən digərinə köçürülmək üçün müraciət edir. Tələbə ikinci yarımildə başqa bir ali məktəbdə oxuyacaqsa, orada da ondan 2-ci yarım il üzrə təhsil haqqı istəyəcəklər. Buna görə də tələbənin təhsil almadığı dövr üçün təhsil haqqı ödəməsi absurddur. Tələbələr də bilməlidirlər ki, əgər köçürülmə üçün www.transfer.edu.az saytına müraciət edibsə, o, növbəti yarım il üçün ödəniş etməməlidir. Əgər köçürülməyəcəksə, təbii ki, oxuduğu ali məktəbdə təhsil haqqını ödəməli olacaq”.

S.Gözəlov qeyd edib ki, bu qaydalar bütün ali təhsil müəssisələri üçün eynidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar