Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan sərhədlərində qurulan gizli mərkəzlərin DƏHŞƏTLİ MİSSİYASI - Həyəcan TƏBİLİ ÇALINDI

Tarix: 08-02-2018 22:39     Baxış: 3503 A- / A+
Azərbaycan sərhədlərində qurulan gizli mərkəzlərin DƏHŞƏTLİ MİSSİYASI - Həyəcan TƏBİLİ ÇALINDI


Keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin (PENTAQON) maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalar meydana çıxmağa başlayıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik mətbuat konfransında deyib.

“Moskva Rusiya sərhədlərində Vaşinqtonun tibbi-bioloji fəallığından narahatdır. Keçmiş SSRİ-nin bir çox respublikasında mikrobioloji laboratoriyalar meydana çıxmağa başlayıb. Onlar birbaşa ABŞ Müdafiə Nazirliyinin vasitələri ilə təchiz edilib”, - o qeyd edib.

Diplomatın sözlərinə görə, son illərdə Rusiya sərhədlərində bilavasitə ABŞ hərbi müəssisəsinin tibbi-bioloji fəallığı ilə bağlı ciddi problemlər mövcuddur.

Qeyd edək ki, ABŞ-ın dünya ölkələrində mikrobioloji laboratoriyalar yaratması zaman-zaman gündəmə gəlib. Bildirilir ki, Amerika geosiyasi ekspansiyası bəzən müxtəlif bioloji laboratoriyalar şəklində özünü göstərir. EADaily saytının yazdığına görə, ABŞ-da yaradılan referens-laboratoriyalar 2010-cu ildən Ukrayna, 2011-ci ildən Gürcüstan, 2016-cı ildən isə Qazaxıstan, Ermənistan və Özbəkistanda fəaliyyət göstərir.

Ermənistana gəlincə, ABŞ Rusiyanın müttəfiqinin ərazisində üç laboratoriya açıb. Bunlar İrəvan, Gümrü və İcevan şəhərlərində yerləşir. Layihəni ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) təhlükələrinin azaldılması üzrə agentliyi maliyyələşdirir.

“Məlumatlandırılmış və qorunmuş istehlakçı” İctimai təşkilatın sədri Babken Pipoyanın fikrincə, referens-laboratoriyaların Ermənistan ərazisində fəaliyyəti ən müxtəlif problemləri və təhlükələri gətirə bilər.

Adətən təhlükəli infeksiyalar Afrika və Cənubi Asiya ölkələrində təsbit edilir. Amerika hərbçiləri bu ölkələrdə müvəffəqiyyətli epidemioloji vəziyyətə yüksək maraq göstərirlər. Ancaq Vaşinqtonun əsas geosiyasi rəqibi - Rusiya ilə coğrafi yaxınlığı olan ölkələrdə yaradılan “laboratoriyalar” Pentaqonun fəallığının prioritet istiqamətlərindəndir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar