Xəbər lenti
Hesablama Palatası Təhsil Nazirliyinin fəaliyyətini yoxladı- NÖQSANLAR AŞKARLANDI
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda dövlət büdcəsindən Təhsil Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, ləğv prosesində olan “Dekabank” ASC-nin və “Atrabank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda aparılmış auditin nəticələrinə dair hesabatlar müzakirə olunub.
Bu barədə Hesablama Palatasına məlumat yayıb.
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
İclasda həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının İş Planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub, müvafiq qərarlar qəbul edilib.gununsesi.info
Maneve.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar