Xəbər lenti
Arvadının böyrəyini satdı - Kişidən DƏHŞƏTLİ ƏMƏL
Hindistanda Bisvajit Sarkar adlı kişi 12 il öncə evləndiyi Rita Sarkarın ailəsindən ona vəd olunan başlıq pulunu ala bilmədiyi üçün arvadının böyrəyini satmağa qərar verib.
Manevr.az teleqraf-a istinadən bildirir ki, Hindistan adətlərinə görə, başlıq pulunu qız evi bəyə verir. Ritanın ailəsi də 12 il öncə 3 min dollar başlıq pulu vəd edib. Amma imkansızlıq üzündən vədini yerinə yetirə bilməyiblər.
Rita iki il öncə mədə ağrısından əziyyət çəkib. Əri və qaynı onu Kolkata şəhərindəki özəl xəstəxanaya aparıb. Həkimlər qadına kor bağırsağının götürüləcəyini və bununla mədə ağrılarınln aradan qalxacağını bildiriblər. Əməliyyatdan sonra qadında mədə ağrıları yenidən baş qaldırıb.
Rita Sarkar ərindən onu həkimə aparmasını xahiş etsə də, yalvarışları nəticə verməyib. Üstəlik əri qadına "olunduğun əməliyyat barədə heç kəsə heç nə demə" xəbərdarlığı edib.
Rita ərindən gizli rəfiqələrilə birlikdə başqa bir xəstəxanaya gedib. Qadını müayinə edən həkim ona sağ böyrəyinin olmadığını deyib.
Ərinin tez-tez başlıq pulu tələb etməsi, öncəki mədə ağrıları zamanı onu həvəslə xəstəxanaya aparması, təkrar əməliyyata mane olması Ritada şübhələr yaradıb.
Qadın polisə müraciət edib.
Polis Bisvajit Sarkar və qardaşını həbs edib. Qardaşlar polisə Ritanın böyrəyini iş adamına satdıqlarını etiraf ediblər. Qadının böyrəyinin əməliyyat olunduğu xəstəxana ilə bağlı da araşdırmalara başlanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar