Xəbər lenti
Türkiyədə Xocalı abidəsi açılacaq

Türkiyənin Ədirnə vilayətində Xocalı soyqırımına həsr olunan “Tək millət, tək göz yaşı” abidəsi açılacaq. Abidə Xocalı faciəsinin 26-ci ildönümü – fevralın 26-da açılacaq.
Abidənin açılışında Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu, eləcə də Türkiyə və Azərbaycanın bir sıra millət vəkillərinin iştirakı gözlənilir.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.
106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar