Xəbər lenti
Məhkəməyə “təcili yardım”la gətirildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun məhkəməsi keçirilib.
Manevr.az “qafqazinfo”ya istinadən bildirir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Ev dustaqlığında olan yataq xəstəsi Əbülfəz Bünyatov təcili tibbi yardım maşını ilə məhkəməyə gətirilib. O, zalda həkimlərin nəzarəti altında saxlanılıb.
Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Ə.Bünyatov bildirib ki, himayəsində 4 azyaşlı uşaq var. O, Odlar Yurdu Universitetinin "Hüquq" fakultəsini bitirdiyini, əvvəllər məkhumluq həyatı yaşadığını söyləyib.
E.İsgəndərov deyib ki, himayəsində 3 azyaşlı uşaq var.
Onun vəkili Fariz Namazlı vəsatət verərək müvəkilinin cinayət işinə xitam verilməsini, E.İsgəndərovun barəsində seçilmiş həbs qətimkan tədbiririnin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Ə.Bünyatovun vəkili isə deyib ki, müvəkkilinin səhhətində ciddi probellər olduğu üçün məhkəməyə gələ bilmir. Vəkil cinayət işinin ayrıca icraata ayrılması barəsə vəsatət verib.
Hakimlər kollegiyası vəsatətlər təmin edilmədiyini açıqlayıb.
Proses fevralın 13-də davam etdiriləcək.
E.İsgəndərov 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra saxlanılıb və 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.
E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nardaran qəsəbəsindəki əməliyyat zamanı qarşıdurma Ə.Bünyatovun evində baş verib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar