Xəbər lenti
Əvvəllər zavod direktoru, biznesmen olan icra hakimiyyəti başçıları - SİYAHI
Bir neçə gün öncə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Əziz Əzizov təxminən 10 ilə yaxın biznes fəaliyyəti ilə məşğul olub. Onun haqqında məlumatlardan belə aydın olur ki, 1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ə. Əzizov sahibkarlıq fəaliyyətindən birbaşa - Prezidentin 8 avqust 2006-cı il tarixli sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarına diqqət yetirdikdə məlum olur ki, onların arasında bir vaxtlar zavod direktoru işləyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar az deyil. Yeniavaz.com onlar haqqında məlumatları təqdim edir.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 1987-1990-cı illərdə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1994-cü ildən isə Bakı şəhərində "Xal-xal" kommersiya şirkətinin direktoru vəzifəsində işləyib.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 1993-1996-cı illərdə "Çinar" Kommersiya bankının sədri olub.
Xızı Rayon İcra hakimiyyətinin başçısı Xəzər Aslanov 1990-cı ildən 14.02.1992-ci ilədək "İRS" kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 14.02.1992-03.08.1992-ci illərdə "Fədai" kooperativinin sədri, 03.08.1992-ci ildən 31.01.1994-cü ilədək "Aslan R.Q" k/m-da kommersiya direktoru, 01.02.1994-cü il tarixdən 22.11.1994-cü ilədək "ER-COMPANY LTD"-də mütəxəssis işləyib. O, həmçinin 25.07.2002-ci ildən 21.01.2003-cü ilədək "European-Tabacco-Baku" ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 13.08.2003-ci ildən 07.06.2005-ci ilədək "European-Tabacco-Baku" ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi işləyib.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 12.05.2000-ci ildən 16.12.2000-ci ilədək "Seyhun" şirkətinin icraçı direktoru olub.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Sumqayıt Elektrik Dəstləşdirmə zavodunun direktoru olub.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 2006-2007-ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrində çalışıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 2006-2007-ci illərdə "Qara Torpaq" konsalting MMM-in icraçı direktoru işləyib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev 1 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək "Petrogeoaz" Məhdud Məsuliyyəti Cəmiyyətinin baş direktoru vəzifəsində çalışıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 1997-1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999-2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov 1989-1990-cı illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktorunun birinci müavini vəzifəsində işləyib. 1993-1999-cu illərdə isə üzüm istehsalı və emalı müəssisəsinin direktoru olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar