Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Apteklərə qadağa - Bu reseptlər qəbul olunmayacaq

Tarix: 03-02-2018 09:46     Baxış: 3302 A- / A+
Apteklərə qadağa - Bu reseptlər qəbul olunmayacaq

Azərbaycanda apteklərdə əczaçıların səhv yazılan reseptlər əsasında dərman vasitələri satmasına qadağa qoyulub.

Səhiyyə Nazirliyindən trend-in sorğusuna cavab olaraq, bildirilib ki, aptek təşkilatlarının heyətinə olan yeni tələblərə əsasən, aptekdə çalışan provizor və əczaçılar reseptlərin yazılış qaydalarına fikir verməli, səhv yazılan reseptlər əsasında dərman vasitələrinin buraxılışını həyata keçirməməlidirlər. Onlar səhv yazılan reseptlər haqqında Səhiyyə Nazirliyinin müvafiq strukturlarına məlumat verməlidirlər.

Nazirlikdən bildirilib ki, reseptdə həkimin möhürü və ştamp olmalı, reseptdə dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı yazılmalıdır. Tərkibində 2-3 təsiredici maddəsi olan və bioloji oxşar olan dərman vasitələrinin beynəlxalq patentləşdirilmiş adı yazıla bilər. Reseptdə psixontrop dərman vasitəsinin adı yazılıbsa, orada başqa dərman vasitələrinin adı qeyd edilməməlidir. Əgər reseptdə psixontrop dərman vasitəsi ilə yanaşı, digər dərman vasitəsinin də adı qeyd edilibsə, onda apteklərdə resept qəbul edilməməlidir. Reseptdə həkim dərmanın adını səhv yazaraq, onun üstündən xətt çəkibsə, onda o, reseptin aşağı hissəsindən başqa, düzəliş etdiyi yerdə də imzasını qoymalıdır:

"Tövsiyə olunur ki, həkimlər resept yazarkən orada düzəliş etməsinlər. Amma əgər düzəliş ediblərsə, onda həkim orada mütləq düzəlişin onun tərəfindən edildiyini təsdiqləyən qol çəkməlidir. Apteklərə isə tövsiyə edilir ki, belə reseptlərə qarşı xüsusilə diqqətli olsunlar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar