Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

İzzət Bağırov məhkəmədə ifadə verib

Tarix: 03-02-2018 05:12     Baxış: 2337 A- / A+
İzzət Bağırov məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tural Cahangirov, müğənni İzzət Bağırovun sürücüsü Elçin Cavadzadə və Rəsul Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə müğənni İzzət Bağırov ifadə verərək, bildirib ki, zərərçəkmiş Elməddin adlı şəxs onu təhqir edib və mübahisə bundan sonra başlayıb: “Səhnədə olan vaxt operator məni çəkirdi. Elməddin də operatorun üstünə qışqırdı ki, məni yox, onu çəksin və sonra ünvanıma nalayiq sözlər işlətdi. Onu tərbiyəli davranmağa dəvət etdim. Dedim ki, istəmirsə, mən oxumaya bilərəm. 27-28 ilin sənətkarıyam bu cür hərəkət yaraşmaz. Bundan sonra mikrofonu söndürüb səhnədən getdim. Sonra baş verənlərdən xəbərim olmayıb”.

Proses fevralın 9-da davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin yayında paytaxt sakini Novruz Aslanlının restoranda təşkil etdiyi şənlik zamanı qonaqlardan biri ilə müğənni İ.Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Müğənni buna etiraz əlaməti olaraq mərasimi yarımçıq tərk edib. Bu isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.

N.Aslanlı və qohumları ilə İ.Bağırovun sürücüsü, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N.Aslanlının başına küt alətlə zərbə endirilib.

Hadisəni törədən şəxslər saxlanılıb.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar