Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bu azərbaycanlıya Rusiyada yüksək vəzifə verildi

Tarix: 02-02-2018 10:12     Baxış: 2422 A- / A+
Bu azərbaycanlıya Rusiyada yüksək vəzifə verildi

Rusiyanın Baş naziri Dmitri Medvedyev Azər Talıbovu Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini vəzifəsinə təyin edib.
Bu barədə Nazirlər Kabinetində dərc olunmuş sərəncamda qeyd olunur.

"Talıbov Azər Mütəllim oğlu Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini təyin olunsun", – deyə sənəddə bildirilir.

RF İqtisadi İnkişaf Nazirliyinin saytında yayılan məlumata görə, hazırda nazir Maksim Oreşinin müavinlərinin sayı 11-ə çatıb.

Yeni nazir müavini kadr siyasəti ilə bağlı məsələlərə, nazirin fəaliyyətini təmin etməyə, hüquqi məsələlər və maliyyə fəaliyyətinə cavabdeh olacaq.

Bundan əvvəl Talıbov Rusiya Mərkəzi Bankının katibliyinin rəhbəri vəzifəsini tutub. İqtisadi İnkişaf Nazirliyində isə təyin olunduğu postda İqor Revanı əvəz edib.

Talıbov 1979-cu ildə anadan olub. 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 2002-ci ildən 2008-ci ilə kimi İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə xidmət göstərib. 2008-2012-ci illərdə iqtisadi inkişaf nazirinin köməkçisi olub. 2012-ci ilin iyununda Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. 2013-cü ilin iyul ayında Rusiya Mərkəzi Bankının Katibliyinin rəhbəri vəzifəsinə təyin edilib.sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar