Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərin kommunal borcları LƏĞV OLUNACAQ?

Tarix: 01-02-2018 21:14     Baxış: 2375 A- / A+
Bu şəxslərin kommunal borcları LƏĞV OLUNACAQ?

"Bakıda Mənzil Tikinti Koorperativlərinə məxsus yaşayış binalarında sakinlərin kommunal borcları ləğv oluna bilər. MTK rəhbərləri bu barədə qərar qəbul edə bilər".

Bunu baku. ws-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bir neçə gün əvvəl "AAAF Park"da yaşayan sakinlərin kommunal borclarının ləğv edilməsi barədə qərarı şərh edərkən bildirib.

"AAAF park"ın təsisçisi Tofiq Heydərov yeni qərar qəbul edərək 2017-ci il dekabr ayının 31- nədək sakinlərin şirkətə olan bütün komunal borcunu və istiliyə görə olan boclarını ləğv edib.

Bundan başqa, işıq, su və qaza görə olan borclarını ödəyə bilməyən sakinlərə müraciət əsasında yardımlar edilməsi də qərarda öz əksini tapıb.
Məsələ burasındadır ki, "AAAF Park"da yaşayan sakinlərdən bəzilərinin borcu olsa da bütün binalara elektrik enerjisinin verilişi dayandırılmışdı.
"AAAF Park" rəhbərliyinin borcların silinməsi barədə qərarını müsbət qarşılayan Ramil Osmanlı qeyd edir ki, bu təşəbbüsə müxtəlif formada rəng versələr də digər MTK-lara örnək ola biləcək addımdır.

"Hər hansı tikinti şirkəti yarı sahibkarlıq subyektidir. Onlardan belə addımın atılmasını tələb etmək sahibkarlıq fəaliyyətlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Kommunal məsələlər müvafiq icra hakimiyyəti orqanlarına bağlı olan məsələlərdir. Əgər tikinti şirkəti yaranan borcları ləğv edibsə, deməli şirkət müvafiq icra hakimiyyəti orqanlarına borcu öz cibindən ödəyəcək", - deyə ekspert bildirdi.

Ramil Osmanlı bir neçə abonentə görə bütün binaya elektrik enerjisinin verilməsinin dayandırılmasının qanun pozuntusu olduğunu dedi.
"1,5 və ya 10 abonentə görə digər sakinlərin kommunal xidmətlərdən istifadəsini məhdudlaşdırmaq qanunvericiliyi pozmaqdır. Vətəndaş kommunal xidmətlərdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə müqavilə bağlayır. Borcunu vaxtında ödəyirsə, onun işığını necə kəsmək olar?", - deyə ekspert qeyd etdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar