Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Artur Rasi-zadə gələn ilin büdcəsi haqda sərəncam imzaladı

Tarix: 01-02-2018 09:49     Baxış: 3269 A- / A+
Artur Rasi-zadə gələn ilin büdcəsi haqda sərəncam imzaladı

Baş nazir Artur Rasizadə "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” prezident fərmanının tələbinə əsasən 2019-cu il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin prezidentə vaxtında təqdim edilməsi məqsədi ilə sərəncam imzalayıb.
Sərəncamda Maliyyə Nazirliyinin qarşısına ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2018-ci il sentyabrın 15-dək, İqtisadiyyat Nazirliyinin qarşısına növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2018-ci il sentyabrın 10-dək, həmçinin həmin Qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək vəzifəsi qoyulub.

Dövlət Statistika Komitəsi cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədi ilə 2017-ci ilin ilkin statistik məlumatlarını 2018-ci il fevralın 5-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmılidir.

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə 2018-ci il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2018-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.

Sərəncamın digər tələbinə görə, Maliyyə Nazirliyi 2019-cu il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2018-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2018-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2018-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2018-ci il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

Sərəncamda digər aidiyyatlı dövlət qurumlarının qarşısında da müvafik tələblər nəzərdə tutulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar