Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın ən iri bankı avropalılara satılır

Tarix: 31-01-2018 21:21     Baxış: 3346 A- / A+
Azərbaycanın ən iri bankı avropalılara satılır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan hökuməti ilə Beynəlxalq Bankda dövlətə məxsus payın bir hissəsinin əldə edilməsi ilə bağlı danışıqlar aparır.

“AYİB-in Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi prosesində iştirakı əvvəlkitək ölkə hökuməti ilə danışıqlarımızın predmetidir. Anlamaq lazımdır ki, bu kifayət qədər iddialı layihədir və baxılması, təsdiqlənməsi, gerçəkləşdirilməsi üçün müəyyən qədər vaxt lazımdır”, - agentliyin həmsöhbəti deyib.

Daha öncə AYİB-in prezidenti Suma Çakrabarti bildirmişdi ki, AYİB Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasına və profilinin dəyişdirilməsinə kömək etməyə şad olardı. Eyni zamanda, onun sözlərinə görə, ABB-də korporativ idarəetmə sisteminin yenidən təşkili halında AYİB Azərbaycan bankının səhmdarı olmaq imkanına baxa bilər.

Bir hətfə bundan əvvəl məlum olmuşdu ki, Beynəlxalq Bank xarici kreditorlar qarşısında öhdəliklərinin restrukturizasiyası müddətinin uzadılması üçün rayon məhkəməsinə müraciət etmişdi. Bank ona daha 180 gün möhlət verilməsini istəmişdi.

London Yüksək Məhkəməsi isə Rusiya Federasiyasının ən iri bankı olan “Sberbank”ın və “Franklin Templeton” fondlar ailəsinin borcların restrukturizasiyası ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankına qarşı tələblərini dəstəkləmişdi.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar