Xəbər lenti
Jurnalistlərin binasında yaşayan Ağanisədən Vüqar Səfərliyə sillə kimi cavab: "Əvvəllər də oğurluq olub"

"Kommunal borclarım 2016-cı ildən etibarən yığılıb qalıb. Vüqar Səfərlidən bu məsələ ilə bağlı dəstək gözləyirdim, amma təəssüf ki...".
Bunu açıqlamasında evi talan edilən jurnalist Ağanisə Sultanova deyib.
Ağanisə Sultanova uzun müddət işsiz olduğunu, bu səbəbdən kommunal borclarının yığılıb qaldığını dilə gətirib: "Hazırda təzə işə başlamışam. Onlara bildirmişəm ki, hər ay 2 ayın borcunu birdən ödəyəcəm. Amma Vüqar Səfərlidən bu cür açıqlama gözləməzdim. Çünki mənim hər zaman ona böyük hörmətim olub. Vüqar bəydən bu məsələ ilə bağlı dəstək gözləyirdim, amma təəssüf ki...".
Ağanisə Sultanova vurğulayıb ki, onun evindəki oğurluqdan öncə daha bir oğurluq hadisəsi baş verib. Jurnalistin sözlərinə görə, sözügedən binada liftin qarşısındakı dibçəklər oğurlanıb: "O zaman bu hadisəni o qədər də önəmsəməmişdim. İlk dəfədir ki, bu cür hadisə ilə qarşılaşdım. Oğurlanan pulları da anamın əməliyyatı üçün yığmışdım".
Xatırladaq ki, yanvar ayının 30-u axşam saatlarında jurnalist Ağanisə Sultanovanın evindən 1000 manat pul və qızıl-zinət əşyaları oğurlanıb. Bununla bağlı yerli mətbuata açıqlama verən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalistin 1000 manat pulunun olmasına inanmadığını və bir ildir ki kommunal borclarını ödəmədiyini açıqlayıb.
"Binada hamı Ağanisə Sultanovanı kasıb bir adam bilir. Ancaq eşitdim ki, Ağanisə Sultanova evindən 1000 manat pulunun və qızılının aparıldığını söyləyib. Ağanisə Sultanova bir ildən çoxdur ki, binaya olan kommunal borcunu ödəmir. Əgər onun 1000 manat pulun vardısa, bəs nə üçün binaya olan borcunu ödəməyib? Amma oğurluq olan kimi bizdən nə isə tələb edir. Mən yenə deyirəm ki, onun evindən oğurluq edilməsinə görə mühafizəçi günhkar deyil. Burada mühafizəçilik nəsə yoxdur. Kiminsə evində oğurluq olacaqsa, buna KİVDF cavabdeh deyil"big.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar