Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Ziyalılar kütlənin arxasınca SÜRÜNÜR" - Seymur Verdizadə

Tarix: 30-01-2018 15:49     Baxış: 4395 A- / A+
"Ziyalılar kütlənin arxasınca SÜRÜNÜR" - Seymur Verdizadə


"Bizim insanların musiqi zövqünə təcavüz etdilər”.

Manevr.az xəbər verir ki, bunu "Space” televiziyasında Çingiz Əhmədovun aparıcılığı ilə yayımlanan "Yerimdəyəm” verilişində jurnalist Seymur Verdizadə bildirib:

"Təəssüflər olsun ki, indi peşəkar musiqilər yox dərəcəsindədir. Bayağı mahnılar bunları əvəz edir. 2010-cu ildən bu prosses daha da ağırlaşdı. İlk növbədə bəzi müğənnilər xalqımızın musiqi zövqünü korlamağa nail oldular. Bizim insanların zövqünə təcavüz etdilər. Buna səbəb isə onlara musiqi yox, toy lazımdır”.

Seymur Verdizadəyə dəstək olaraq müğənni Emil Bədəlov belə deyib:

"Bugünki gündə bayağı mahnılar üstünlük təşkil edir. Hazırda Hüseynağa Hacıyev, Şövkət Ələkbərovanın mahnıları gənclərə maraqlı deyil. Gərək loru-loru sözlərlə mahnı olsun dillərə düşsün. Sovet dövründə olduğu kimi, hazırda da bayağı musiqilərə senzura qoyulmalıdır. İndi oxuyanlar hədsiz dərəcədə çoxalıb. Kimin ürəyi nə istəyirsə oxuyur".

Məsələyə müdaxilə edən aparıcı Çingiz Əhmədov bildirib ki, bir qarın çörəyə görə və yaxud kontur puluna görə, toya gedib oxuyurlarsa, bu "müğənnilərdən” nə gözləmək olar?.

Jurnalist Seymur Verdizadə diqqətə çatdırıb ki, əvvəl oxumaq deyəndə gənclərin ağlına kitab gəlirdisə, hazırda bu mikrafonla əvəzlənib: "Kim öz sahəsində uğur qazana bilmirsə, hansı qadın ərindən boşanırsa, əlinə mikrafon alıb oxumağa başlayır”./bakupost

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar