Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bunu edənlər cərimələnəcək - Nazirlikdən xəbərdarlıq

Tarix: 29-01-2018 12:31     Baxış: 3300 A- / A+
Bunu edənlər cərimələnəcək - Nazirlikdən xəbərdarlıq

Kənd təsərrüfatı yerlərinin, xüsusilə də əkin yerlərinin istifadəsi zamanı mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən bir çox hallarda ciddi nöqsanlara yol verilir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, ölkənin əksər rayonlarında kənd təsərrüfatı istehsalçıları yanlış olaraq torpaqların münbitliyinin yaxşılaşdırılmasını zənn edərək məhsul yığımından sonra əkin yerlərini, xüsusilə də biçilmiş taxıl sahələrini (kövşənlikləri) yandırmaları müşahidə edilir.

"Heç bir elmi əsası olmayan bu cür yanaşma təkcə kənd təsərrüfatına yararlı torpaqlar üçün deyil, həm də ətraf mühitə, insan həyatına ciddi təhlükə yaradır. Əkin yerləri yandırılarkən bitki qalıqları, torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv olur. Torpaqda baş verən təbii bərpa və münbitləşmə prosesi, eləcə də qida maddələrinin balansı pozulur, torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür.

Qeyd edilənləri nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmalarını və yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatları aparmalarını tövsiyə edir.

Buna əməl etməyən torpaq sahibləri üçün cəza müəyyənləşib. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 15 dekabr 2017-ci il tarixli Qanunu ilə əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə olunur".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar