Xəbər lenti
Nazirlikdən küçədə yaşayanlarla bağlı açıqlama
"Sosial sığınacaqlarda 45 nəfər stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur".
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 3 aya yaxın müddət ərzində bu müəssisələrdə 108 nəfərə xidmət göstərilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində son 3 aya yaxın müddət ərzində 108 nəfərə xidmət göstərilib. Hazırda isə bu müəssisələrdə 45 nəfər stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.
Sosial sığınacaqlara yerləşdirilmiş insanların qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilir. Bunun üçün hər iki müəssisədə yüksək standartlara cavab verən şərait mövcuddur.
Qeyd edək ki, həmin müəssisələrdə qış mövsümündə qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan şəxslərin də müvəqqəti sığınacaqla təmin olunması həyata keçirilir.sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar