Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yuxusuzluq problemi, əsasən, nədən qaynaqlanır?- ALİMLƏR ARAŞDIRDI

Tarix: 27-01-2018 09:59     Baxış: 2382 A- / A+
Yuxusuzluq problemi, əsasən, nədən qaynaqlanır?- ALİMLƏR ARAŞDIRDI

Kanadalı alimlər gənclərin yuxusuzluq probleminin əsas səbəbini araşdıraraq maraqlı nəticə əldə ediblər. Araşdırmanın nəticəsinə görə gənclərdə yuxu probleminin əsas səbəbi sosial şəbəkələrdir.

Gündə cəmi bir saat belə sosial şəbəkədə vaxt keçirmək yuxu rejiminizi alt-üst etməyə kifayət edir. Yeni araşdırmalara əsasən, gündə 60 dəqiqə də olsa Whatsapp, Facebook və Snapchat kimi şəbəkələrdə vaxt keçirən gənclər digərlərinə nəzərən daha çox yuxu problemi yaşayır. Sosial şəbəkədə keçirilən zaman artdıqca yuxu problemi də ona müvafiq olaraq artır.

Araşdırmadan alınan nəticəyə görə, gənc qızlar bu problemə daha çox meyilli olur. Çünki onlar sosial şəbəkələrə daha bağlı olurlar. Alimlər insanların ümumi sağlamlığı üçün 6-13 yaş arasındakı uşaqların gündə 9-11 saat; 14-17 yaş arasında yeniyetmələrin 8-10 saat; 18 yaşdan yuxarı gənclərin isə 7-9 saat arası yuxuya ehtiyacının olduğunu bildirir.

Araşdırmanın müəllifi doktor Jan Filip Çaput mətbuata açıqlamasında bunları deyib: ” Yuxu sağlam inkişafın vacib bir elementidir, fiziki və mental sağlamlıq üçün həyati əhəmiyyət daşıyır. Ancaq qeyri-kafi yuxu gənclər arasında geniş yayılmış bir problemdir. Yuxu probleminin ən əsas səbəblərindən biri də informasiya və kommunikasiya texnologiyalarından istifadənin sürətlə artması, həddindən artıq istifadə edilməsidir”.gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar