Xəbər lenti
NAZİR ƏMR İMZALADI
Doğum evlərində süni qida qatışıqlarının istifadəsinə ciddi nəzarət ediləcək.
Bu məsələ səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə təsdiqlənən "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş əlavə tədbirlər”ə daxil edilib.
Bu tədbirlər nəticəsində Azərbaycanda ana südü ilə qidalanma faizinin yüksəldiləcəyi gözlənilir. Buna nəzarəti Səhiyyə Nazirliyinin baş neonatoloqu və doğuşayardım tibb müəssisələrinin rəhbərləri həyata keçirəcək.
Qeyd edək ki, 2005-ci ildə 3 aya qədər ana südü ilə qidalanan körpələrin sayı 30,5 min nəfər olduğu halda, 2011-ci ildə onların sayı 74,5, 2016-cı ildə 95,2 min nəfər olub. 2011-ci ildə bu körpələrin 52,5 min nəfəri, 2016-cı ildə isə 63 min nəfəri yalnız ana südü ilə qidalanıb.
Son illər ərzində 6 aya qədər körpələrin ana südü ilə qidalanması göstəricisində artım nəzərə çarpmasa da, 6 aya qədər körpələrin arasında yalnız ana südü ilə qidalanların sayı çoxalıb.
Ötən il 6 aya qədər körpələrin 73,9 min nəfəri ana südü ilə qidalanıb ki, onların da 41,5 mininə yalnız ana südü verilib. 2011-ci ildə isə ana südü verilən 71,1 min nəfər körpənin 40,5 min nəfəri yalnız ana südü ilə qidalanıb.
Ötən illər ərzində ana südü ilə qidalanan 2 yaşa qədər körpələrin də sayı çoxalıb. 2011-ci ildə 2 yaşa qədər körpələrin 6,6 min nəfəri ana südü ilə qidalandığı halda, 2016-cı ildə bu rəqəm 10 min olub.unikal.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar