Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

“Bayılda sürüşmə zonasındakı evlər söküləcək...” - Rəsmi

Tarix: 26-01-2018 10:02     Baxış: 3263 A- / A+
“Bayılda sürüşmə zonasındakı evlər söküləcək...” - Rəsmi

Bayılda baş verən sürüşmə ilə əlaqədar orta məktəb binasında müvəqqəti yerləşdirilmiş ailələr də yaxın bir neçə gün ərzində kirayə evlərə köçürüləcəklər.
Manevr.az xəbər verir ki, bunu trend-ə Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

İ.Kərimov bildirib ki, ərazidən köçürüləcək sakinlərə kirayə pulu veriləcək:

"Hazırda sürüşmə zonasında mütəxəssislər işləyirlər. Onlar ərazidəki vəziyyətlə bağlı rəy verəcəklər. Həmin araşdırma aparılan müddətdə - bunun neçə ay olacağını bilmirəm - Nazirlər Kabinet (NK) tərəfindən bu ailələrin kirayə pullarının verilməsi təmin ediləcək. Ondan sonra mütəxəssislərin rəyinə uyğun olaraq, NK hansı qərarı qəbul etsə, biz icracı orqan olaraq, onu icra edəcəyik".

İ.Kərimov deyib ki, əgər mütəxəssislər ərazidə möhkəmləndirmə işləri aparılmaqla yaşayış üçün təhlükənin aradan qalxdığını müəyyən etsələr, onda sakinlər qeyri-qanuni inşa etdikləri evlərinə qayıda biləcəklər. Mütəxəssislər ərazidə yaşayışın mümkün olmadığını və köçürülmənin vacib olduğunu müəyyən etsələr, icra hakimiyyəti oradakı evləri sökərək sakinləri köçürəcək:

"Həmin ərazidə evlərin demək olar ki, 99 faizinin sənədi yoxdur. Orada yaşayanların 34-ü qaçqın ailəsidir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar