Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Psixoloq Dəyanət Rzayevlə bağlı ŞOK XƏBƏR - "...intihar etməyib"

Tarix: 25-01-2018 12:38     Baxış: 31 288 A- / A+
Psixoloq Dəyanət Rzayevlə bağlı ŞOK XƏBƏR - "...intihar etməyib"

Ötən il yanvarın 26-da dünyasını dəyişən Dəyanət Rzayevin intiharı ilə bağlı istintaq ötən ilin mayında başa çatıb. İstintaqın nəticəsinə əsasən, məşhur psixoloqun intihar etdiyi təsdiqlənsə də, yaxınları, onu tanıyanlar hələ də, bu faktla razılaşa bilmir.

Dəyanət Rzayevin bacısı Mehriban Rzayeva da qardaşının intihar etdiyinə inanmır.

-Artıq bir il ötür. Hələ də qardaşınızın ölümü haqda müxtəlif fikirlər səsləndirilir...
-Dəyanət çoxdan boşanmışdı, 3 il əvvəl. Yenidən ailə qurmağa hazırlaşırdı, nişanlanmışdı. Onun ailəsindən boşandığı üçün dünyasını dəyişməsi haqda səsləndirilən fikirlər absurddur. Ümumiyyətlə, onun intihar edəcəyinə belə inanmıram. Bunu qəbul etmək çox çətindir.

-Kimlərəsə borcu olubmu? Bəzən intiharlara səbəb amillərdən biri də borc faktoru olur...
-Nə borc, onun heç kimə borcu olmayıb. Bu versiya da absurddur. Dəyanətin niyə borcu olmalı idi ki? O dünya malına bağlı adam deyildi. Onun kimdənsə borc almağına belə ehtiyac yox idi. Kiməsə borclu olsaydı kreditorlar üzə çıxardı. Əgər belədirsə, bəs hanı onlar?

-Maraqlıdır, intihar hadisəsindən bir neçə gün sonra Dəyanət Rzayevin Facebook səhifəsi yenidən aktivləşdi. Bu səhifə kim tərəfindən idarə olunur?
-Bilmirəm. Mən də sizin kimi profilin aktiv olduğunu gördüm. Lakin xəbərsizəm. Bəlkə də, kimsə parolunu bilirdi. Hər halda özü parolu vermiş olar. Onun düşmənləri belə yox idi.

-Sonuncu dəfə kimlərdən şikayətli idi?
-Ümumi şikayətlənirdi, amma konkret nədənsə, kimdənsə gileyli deyildi. Hər şeyi bilsəydik, nə olardı... Nə problem olardı... Biz onunla tez-tez görüşürdük. Hər şeyi mənə danışırdı, hətta, sirlərini də. Çox pozitiv idi. Sonuncu görüşdə də gülürdü. İşi yaxşı gedirdi, yeni layihələr hazırlayırdı. Onları reallaşdırmağı düşünürdü. Toyu olmalı idi... Ölümə heç bir səbəb yox idi. Nişanlısı da bu xəbəri eşidəndə pərişan oldu.

-Əlaqəniz varmı, həmin xanımla?
-Var, hərdən danışırıq.

-Özünü asmış vəziyyətdə tapdız?
-Belə deməzdim, ekspert deyiləm axı. Mən demirəm ki, o intihar etməyib. Sadəcə mənə elə gəlir ki, o intihar etməyib. Bacısıyam da, buna inanmaq istəmirəm. Bu normaldır... Sadəcə belə düşünmək istəmirəm. Bu mənim subyektiv fikrimdir. Onu yerdə oturmuş, boynu kəmərli vəziyyətdə görmüşdüm. Bunu özü edib, etməyib, bilmirəm.cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar