Xəbər lenti
Orta böyüklükdə asteroid Yer kürəsinin yaxınından keçəcək
ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsinin (NASA) alimləri fevralın 4-də yerli vaxtla saat 13:30-da orta böyüklükdə asteroidin Yer kürəsinin yaxınından keçəcəyini bildiriblər.
NASA-nın rəsmi saytı xəbər verir ki, diametri 0,5-1,2 kilometr arasında olan “2002 AJ129” asteroidinin planetimizə 4,2 milyon kilometr yaxınlaşması gözlənilir. Bu, Yer kürəsi ilə Ay arasındakı məsafədən 10 dəfədən çoxdur.
Yer kürəsinə ən yaxın olduğu zaman saniyədə 34 kilometr sürətlə boşluqdan keçəcək asteroidin indiyədək kəşf edilən ən sürətli səma cismi olduğu bildirilib.
NASA alimləri “potensial təhlükəli asteroid” kateqoriyasına daxil edilmiş göy cisminin gələcək 100 il ərzində Yer kürəsi ilə toqquşma riskinin olmadığını açıqlayıblar.
Xatırladaq ki, “2002 AJ129” asteroidi 2002-ci ildə kəşf edilib.metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar