Xəbər lenti
Alpinistlərin itkin düşməsindən 1 ay ötdü
Bəzi mütəxəssislər hesab edirlər ki, axtarışların davam etdirilməsi orada çalışan qrup üçün təhlükəlidir; rəsmi qurumlar isə işlərini davam etdirir.
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş gənc alpinistlər Namin Bunyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Alpinistlər ötən ayın 23-də Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. Artıq bir aydır ki, onların axtarışları nəticə vermir. Ötən günlərdə alpinistlərin axtarışına Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin “Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə, eləcə də xaricdən dəvət olunan alpinistlər cəlb olunublar. Lakin bütün bu cəhdlərə baxmayaraq onların axtarışları nəticə vermir.
Hazırkı məqamda bəzi mütəxəssislər hesab edirlər ki, axtarışları havaların isinməsinə qədər dayandırmaq daha məqsədəuyğun olar. Çünki axtarışlar 10 metrdən çox qarın üzərində olmaqla dərədə aparılır. Bu isə orada işləyən qrupun da həyatının təhlükədə olması deməkdir. Əgər qeyd olunan varianta gedilsə və dağda işlər dayandırılsa, axtarış əməliyyatlarının bərpası üçün may, iyun ayları gözlənilməlidir. Çünki Tufandağda qar yalnız bu aylarda əriyir.
Bu barədə “trend”ə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov da bildirib ki, itkin düşən alpinistlərin getdiyi güman edilən və axtarış aparılan ərazilərdəki qarın əriməsi mayın sonlarından - iyun ayından başlayır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar