Xəbər lenti
Bu xidmət hesabınızda toplanan pensiya kapitalı barədə MƏLUMAT VERİR
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 milyon 566 min 745 nəfərə çatıb.
Ölkəmizdə sığorta-pensiya sisteminin təkmilləşməsinə və əhalinin layiqli pensiya təminatı imkanlarının artırılmasına yönələn islahat tədbirləri işləyən əhalinin bu sistemdə fəal iştirakını və fərdi şəxsi hesabı açılanların sayının mütəmadi artımını da stimullaşdırıb.
Bu artım tempi ötən il ərzində də davam edib. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 2017-ci ildə əlavə olaraq 193 188 nəfər vətəndaşa uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılıb ki, bu da 2016-cı illə müqayisədə 1 434 nəfər çoxdur. Hər bir sığortaolunanın Fondda uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilərək, onlara təqdim edilib.
Beləliklə, 2018-ci ilin 1 yanvar tarixinə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 566 min 745 nəfərə çatıb.
Vətəndaş fərdi şəxsi hesaba malik olmaqla gələcək sosial müdafiə, o cümlədən pensiya təminatı hüquqlarının formalaşdırılması üçün bu hesabda vəsait toplamaq imkanı əldə edir. Şəxsə gələcəkdə təyin olunacaq pensiyanın məbləği də onun öz fərdi şəxsi hesabına nə qədər sosial sığorta haqqı ödəməsindən birbaşa asılı olur. Xüsusilə də ötən il aparılmış köklü islahatlar çərçivəsində vətəndaşlara fərdi hesablarına daha çox vəsait toplaya və ya hesablarında olan vəsaiti fərdi qaydada artıra bilmələri üçün əlavə imkanlar yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti isə sığortaolunanlara fərdi şəxsi hesabında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat öyrənməyə imkan verir.
Qeyd edək ki, sığortaolunan üçün açılan fərdi şəxsi hesab sistemdə onun bütün ömrü boyu, ölümündən sonra isə əmək pensiyası işlərinin saxlanılması qaydasında nəzərdə tutulmuş müddət ərzində mühafizə olunub saxlanılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar