Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu əməllə insan hər gün şeytanı (lən) qova bilir

Tarix: 23-01-2018 22:01     Baxış: 3255 A- / A+
Bu əməllə insan hər gün şeytanı (lən) qova bilir

Manevr.az İnformasiya agentliyi, milli.az-a istinadən xəbər verir ki,

İmam Baqir (ə) buyurur: “Sizi elə şeydən xəbərdar edimmi ki, əgər ona əməl etsəniz, sultan və şeytan sizdən uzaq olar?”. Əbu Həmzə deyir: “Bəli, onu deyin ki, əməl edək”.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət (ə) buyurur: “Günə sədəqə verməklə başlayın. Çünki sədəqə şeytanın üzünü qara edər və həmin günü zülmkar sultanın qəzəbi sizə təsir etməz”.

Allahın vacib buyurduğu ibadətlərdən biri də maddi ibadətdir: xüms, zəkat, infaq və sədəqə kimi. Quranda maddi cihadın adı, can cihadı ilə bərabər çəkilir.

“(Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı”. (“Təkasur” 1).

“Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb, onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ”. (“Tövbə” 34).

“Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!”. (“Tövbə” 88).

Ona görə də hər kim gününə sədəqə verməklə başlayarsa, həmin günü özünü məlun şeytanın şərindən qoruyar/

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar