Xəbər lenti
Ölkəmizdə 57.8 faiz insanı öldürən xəstəlik - Səbəbi açıqlandı

Milli Məclisin deputatı, kardioloq cərrah Rəşad Mahmudov 2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin əsas səbəbinin ürək-damar sistemi xəstəlikləri olduğunu bildirib. Həkim-deputat deyib ki, ölkəmizdə 57.8 faiz insan ürək çatışmazlığından dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev deputatın çıxışı ilə bağlı azvision.az-a bildirib ki, ürək-damar sistemi xəstəliklərindən ölüm halları Avropa ölkələri, ABŞ-da ilk yeri tutur. Onun sözlərinə görə, bu xəstəliklərdən ölüm faktı təkcə Azərbaycanda deyil, digər ölkələrdə də qeydə alınır.
“Bütün dünyada belə tendensiya var. Burada ürək problemi ilə ürək-damar sistemi xəstəliklərini eyniləşdirmək olmaz. Ürək-damar sistemi xəstəliklərinə infarkt, beyin qan sızmaları, insult və digərləri aiddir”.
F.Quliyev hesab edir ki, ürək-damar sistemi xəstəliklərinin artmasının əsas səbəbi düzgün qidalanmamaq, metobolik sindromun əmələ gəlməsi, şəkərli diabet, arterial təzyiqin olması, daimi stress vəziyyətində olmaqdır: “Bütün bunlar son anda şəkərin, arterial təzyiqin artmasına səbəb olur. Axırda isə ürək-damar sistemi fəsadlarına, xəstələnməyə və ölümə gətirib çıxarır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar