Xəbər lenti
Bu ayın Ümrə ziyarəti səfəri ləğv olundu

Yanvar ayında kiçik Həcc ziyarəti (Ümrə) üçün Azərbaycanda nəzərdə tutulan səfər ləğv olunub.
Manevr.az xəbər verir ki, bu barədə “report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, növbəti qrupun səfəri fevralın 4-də başlayacaq: “40-50 nəfərlik həmin qrup fevralın 13-də Azərbaycana qayıdacaq”.
Digər qrupun səfəri mart ayı üçün planlaşdırılır.
Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Bu il Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox uzuclaşıb.
Ümrə ziyarəti 3 günlük Mədinə, 5 günlük Məkkə ziyarəti ilə yekunlaşır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar