Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda insanlığa sığmayan hadisə - Körpəni xəstəxanaya qoyub qaçdılar (VİDEO)

Tarix: 23-01-2018 09:42     Baxış: 3276 A- / A+
Azərbaycanda insanlığa sığmayan hadisə - Körpəni xəstəxanaya qoyub qaçdılar (VİDEO)

Sumqayıtda insanlığa sığmayan bir hadisə yaşanıb.
Manevr.az xəzər xəbər-ə istinadən məlumat verir ki, beşgünlük körpə sırf xəstə olduğu üçün valideynləri tərəfindən atılıb. Bu hadisənin üzərindən 4 ay vaxt keçib, ancaq körpənin valideynlərindən səs-səmir çıxmır. Hazırda körpə Sumqayıt xəstəxanalarından birindədir.

Körpə ötən ilin sentyabr ayında Sumqayıt şəhər uşaq xəstəxanasına nənəsi tərəfindən yoxlanma adı ilə gətirilib. Üzərindən 4 ay keçsə də, balaca qızın nənəsindən və valideynlərindən bir xəbər yoxdur.

Tibb müəssisəsindən bildirilib ki, körpənin valideynləri əslən Yardımlı rayonundan olan Namiq Əliyev və Gülmirə Əliyeva kimi qeyd olunub. Valideynlərin tapılması üçün artıq hadisə ilə bağlı aidiyyatı qurumlara müraciət olunub.

Həkimlər deyir ki, balacanın sağlamlığında olan problemlər aradan qaldırılıb. Hazırda körpə tam sağlamdır.

Uşağın yaxın vaxtlarda Səhiyyə Nazirliyinin qərarı ilə Bakı şəhərindəki körpələr evlərindən birinə köçürülməsi nəzərdə tutulub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar