Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

Tarix: 22-01-2018 20:38     Baxış: 3298 A- / A+
Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

Rusiya Federasiyasının Federal Vergilər Xidməti xarici şirkətlərin Mübariz Mənsimova məxsus "Palmali" şirkətinin nizamnamə kapitalında payın alqı-satqısı üzrə bağladığı sövdələşmələrin qanunamüvafiqliyini yoxlayır. Virtualaz.org news.ru-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının təhlükəsizlik və kurrupsiya ilə mübarizə komitəsinin sədrinin birinci müavini Dmitri Savelyev məlumat verib.

Mənbə xatırladır ki, əvvəllər bu cür xahişlə parlament üzvü Rusiya Federasiyasının istintaq orqanlarına müraciət etmişdi. Onun sözlərinə görə, "Palmali"nin iştirakı ilə vergi cinayətləri barədə "Moskovski komsomolets" nəşrindəki yazıdan sonra xəbər tutub. Həmin yazının müəllifləri iddia edirlər ki, türkiyəli iş adamı Mübariz Mənsimovun əməlləri üzündən Rusiyanın dövlət büdcəsi on milyonlarla dollar vəsait itirib.

Sənədlərə əsasən, 2013-cü ilin sonlarında Rostovda qeydiyyatdan keçmiş "Palmali" MMC-nin səhmlərinin sahibi olan Türkiyə şirkəti "Palmali" Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi Rusiyadakı firmanı satmağı qərara alır. Alıcı kimi isə Maltada qeydiyyatdan keçmiş "Palmali Holding Co. Ltd" çıxış edir. Baxmayaraq ki, hər iki şirkətin sahibi eyni adamdır-Mübariz Mənsimovdur. Başqa sözlə, bu alqı-satqı bir cibdən alıb o biri cibə qoymaqdır. Hərçənd "Deloitte Malta" audit şirkətinin hesabatına əsasən "Palmali" MMC 230 milyon dollara satılıb.

Bu sövdələşmənin əsasında "Palmali" Gemi Hizmetleri və Agentelik Anonim Sirketi 2013-cü ildə "Palmali Holding Co. Ltd"-dən avans kimi 140 milyon dollar alıb. 2014-cü ildə isə pulun qalanı-40 milyon dollar ödənilib. Baxmayaraq ki, "Palmali" MMC-nin səhmlərini "Palmali Holding Co. Ltd" 2014-cü ilin yanvarında almışdı. Ən maraqlısı isə budur ki, alqı-satqı müqaviləsi 2015-ci il noyabrın 5-i tarixə imzalanıb. Lakin müqavilədə şirkətin 230 milyon dollara yox, 38 dəfə ucuz-6.1 milyon dollara satıldığı göstərilir. Nəticədə Türkiyə şirkəti Rusiya büdcəsinə 44.8 milyon dollar vergi ödəməli olduğu halda cəmi 1.22 milyon dollar ödəyib.

Daha öncə bildirdiyimiz kimi, Rusiya Dövlət Dumasının deputatı, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədrinin birinci müavini Dmitri Savelyev qalmaqallı azərbaycanlı oliqarx Mübariz Mənsimovun şirkəti barədə faktların araşdırılması üçün İstintaq Komitəsinə sorğu göndərib.
Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar