Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə DƏRMAN SATILMAYACAQ

Tarix: 22-01-2018 12:57     Baxış: 3250 A- / A+
Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə DƏRMAN SATILMAYACAQ

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satışı qadağan edilir.
Manevr.az “report”a istinadən xəbər verir ki, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir.

Qanunun hazırda qüvvədə olan 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Aptek təşkilatlarında “Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı”na daxil edilmiş dərman vasitələrinin olması məcburidir. Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddəyə yeni – 13.3-1 bənd əlavə edilir. Bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar