Xəbər lenti
“İstəyərdim ki, 30 iyun ölkə başçısı tərəfindən gənclərimizə “Sevgililər günü” kimi hədiyyə edilsin”- 20 yanvar Şəhidimizin qardaşı
Dünən 20 yanvar hadisəsinin 28-ci il dönümü qeyd edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya daxil olaraq insanlara divan tutdu.
Həmin gün Şəhid olan adamlardan biri sevgi taxirçələri ilə yaddaşımızda qalan İlham və Fərizə oldu. İlham Allahverdiyev həmin gecə Şəhid oldu. Bundan sonra onun yoxluğuna dözə bilməyən həyat yoldaşı Fərizə də zəhər içərək özünü öldürdü. Öldürdü ki, İlhamına qovuşsun. Cütlük 1989-cu il İyunun 30-da ailə qurmuşdu. 2004-cü ildən onların toy günü qeyri-formal “Sevgililər günü” kimi qeyd olunur.
İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev bu günün ölkə prezidenti tərəfindən gənclərə hədiyyə olunmasını arzulayıb:
“Mən bunu çox istəyərdim ki, 30 iyun İlham və Fərizənin toy günü “Sevgililər günü” kimi cənab prezidentimiz İlham Əliyev tərəfindən dövlət səviyyəsində təsdiq edilərək, gənclərimizə hədiyyə edilsin. Bu həm bizim üçün, həm də xalqımız üçün mənəvi cəhətdən dəstək olardı. Dünən də Şəhidlər Xiyabanında faciənin 28-ci il dönümü ilə bağlı çox yüksək səviyyədə tədbir təşkil edildi. Biz də orda iştirak etdik. Bu Azərbaycan xalqının sevgi tarixçəsidir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!”moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar