Xəbər lenti
Bu dərmanı qəbul edən 5 gün sonra ölür - RƏSMİ CAVAB

Paracetamol 500" adlı dərman İsraildən ölkəmizə idxal edilib. Bunu içəndə ilk 5 gün adam özünü çox yaxşı hiss edir, sonra isə qəfildən dünyasını dəyişir. Bu, insanları öldürmək üçün göndərilib. Diqqətli olun, bu məlumatı hər kəsə göndərin".
Son günlər Vatsap istifadəçiləri arasında yayılan səs yazısında bu xəbərdarlıq edilib. Bu səs yazısı qısa zamanda istifadəçilər arasında yayılıb. Qış aylarında yüksək temperatur və ağrılara qarşı ən çox ehtiyac duyulan "Paracetamol" haqqında yayılan informasiyalar narahatlığa səbəb olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova publika.az-a açıqlamasında zaman-zaman sosial şəbəkədə bu cür məlumatların yayıldığını, lakin onların həqiqəti əks etdirmədiyini dedi.
Manevr.az xəbər verir ki, sözügedən nazirliyin Analitik Ekspertiza Mərkəzi Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərovanın açıqlamasında "Paracetamol 500" tərkibli dərman vasitələrindən Analitik Ekspertiza Mərkəzinə şikayət daxil olmadığını dedi:
"Azərbaycan Respublikasında İsrail istehsalı olan "Paracetamol 500" qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan paracetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma- "Sofarma" SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Parasetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet)".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar