Xəbər lenti
Cəriməsi olan sürücülərə ŞAD XƏBƏR - VİDEO
Artıq iki gündür ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində qayda pozan sürücülər barəsində tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb.
Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişi əsasında sistemdən silinən cərimələr bir il ərzində qərarsız görünən və sürücüyə çatdırılmayan MMX protokollarıdır.
Yol polisi xeyli vaxtdır bu sistemi avtomatik rejimdə qurmağa çalışırdı. Artıq bu ildən sistem işə düşüb və qərarsız cərimələr 1 ili tamam olduqda avtomatik rejimdə silinir.
Əvvəllər sürücülər 1 ili ötmüş qərarsız cərimələrin silinməsi, yəni xitam verilməsi üçün yol polisinə müraciət edirdisə, artıq buna ehtiyac yoxdur. Sistem özü avtomatik qaydada həmin cərimələri silir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev 2012-ci ildən bu günə qədər qərarı verilməyən bütün elektron protokollara xitam verdildiyini deyib. Elə bu məqsədlə yol polisi ölkə ərazisində həm stasionar postlarda, həm də küçə və yollarda nəzarəti gücləndirib.
Cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılacaq və cərimə qərarı rəsmi qaydada onlara təqdim olunacaq. Kamran Əliyev onu da bildirdi ki, hətta vaxtın tamam olmasına 1 gün qalsa belə, həmin sürücünü tapıb protokolları təqdim edib qərar qəbul etmək mümkündür. Yəni kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək. (Xəzər TV)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar