Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cahangir Hacıyevin sağ əli xaricdən Bakıya gətirildi - DETALLAR

Tarix: 18-01-2018 10:47     Baxış: 3246 A- / A+
Cahangir Hacıyevin sağ əli xaricdən Bakıya gətirildi - DETALLAR
Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin dövlət bankından milyardlarla dolları talamaq üçün qurduğu sxemin əsas fiqurlarından biri Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub.
Manevr.az virtualaz.org-a istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib. Emin Sadiqin yanvarın 13-də Bakıya ekstradisiya olunduğu bildirilir.
İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Əsgərovun və Beynəlxalq Bankın işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı "MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq "MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib.

Xatırladaq ki, bundan əvvəl virtualaz.org Emin Sadiqin işi üzrə bir neçə araşdırma dərc etmişdi. Məlum olmuşdu ki, Cahangir Hacıyev biznesmen Hafiz Məmmədova məxsus "Bahar Energy” şirkətini reyder üsulu ilə ələ keçirdikdən sonra şirkətin faktiki talanmasını Emin Sadiqə həvalə edib.

Həmin vaxta qədər Emin Sadiq BP şirkətində işləmişdi və oradan yol verdiyi xidməti pozuntulara görə qovulmuşdu. Lakin Azərbaycan və Böyük Britaniya vətəndaşı olan Emin Sadiq tezliklə "Bahar Energy” şirkətinə başçılıq etməyə başladı. Təyinatının ilk ayları ərzində şirkətdən bütün mütəxəssisləri işdən azad etdi, öz dostlarını və tanışlarını şirkətə gətirib onlara böyük pullar verməyə başladı. Məsələn, Emin Sadiqin şəxsi katibəsi Ukraynadan olan tanınmış model Ninel Kolomoytseva idi.

Emin Sadiq həmçinin Bakıdakı "Lacoste” mağazalar şəbəkəsinin sahibi kimi tanınırdı. Həmin mağazalar şəbəkəsini Britaniya vətəndaşlığını alandan sona açmışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar