Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Evlərinə qonaq gələndə də söyüşlə qarşılayırlar - Deputat əsəbləşdi

Tarix: 18-01-2018 10:21     Baxış: 3442 A- / A+
Evlərinə qonaq gələndə də söyüşlə qarşılayırlar - Deputat əsəbləşdi

“Bir qrup insan isə ənənəvi olaraq Dilçilik İnstitutunun işçilərinə qarşı təhqirə keçiblər”.

Bunu millət vəkili Fazil Mustafa Dilçilik İnstitutunun orfoqrafiyada etdiyi dəyişikliyi şərh edərkən deyib. Deputat orfoqrafiyadakı dəyişikliklərlə tanış olmadığını desə də, dəyişikliklərə ekspertlərin etirazlarından xəbardar olduğunu bildirib:

“Bunlar hamını söyürlər, fərqli nə eşitsələr, qulaqlarına yeni nə səs gəlsə, dərhal erməni "çe" deyən kimi başlarını bulayırlar, evlərinə qonaq gələndə də deyəsən, birbaşa söyüşlə qarşılayırlar. Bir səbirlə araşdıırın görək, orada oturanlar da düşmən deyil ki, səhv də ola bilər, doğru da. Mədəni üslubda müzakirə aparın, əsaslandırılmış təklifləri verin, bu dil hamımızındır, faydalı nəticənin hamımız marağındayıq. Bir-iki yazıda oxudum ki, mədəniyyət, cəmiyyət, hürriyyət və başqa alınma sözlərdən bir "y" hərfini çıxıblar. Türkiyə türkcəsində olduğu kimi. Şəxsən mən xeyli müddətdir, qeyri-rəsmi yazışmalarda bu "y" hərfindən imtina etmişəm və bu addımı doğru sayıram. Xeyli inandırıcılığı olmayan dəyişikliklər də mümkündür, ancaq bu nə top, bu nə tüfəng... doğrusu, anlaya bilmədim. Əks mövqedən bir-iki mədəni yazıya rast gəldim, ağlabatan fikirlər yer alırdı”.

Fazil Mustafa qeyd edib ki, dil məsələsini qətiyyən qaragüruhçuluqla müzakirə etmək doğru deyil: “Eyni zamanda təkcə mütəxəssislərin də öhdəsinə buraxılacaq məsələ deyil. Hər halda daha dərindən araşdırandan sonra Leninin məşhur "Kənar adamın məsləhətləri"nin adında olduğu kimi acizanə tövsiyələrimizi izhar edərik”.

Qeyd edək ki, Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin hazırlanması ilə bağlı İşçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən köhnə lüğətlərdə yer almış lüzumsuz, şübhə doğuran sözlər haqda təkliflər hazırlanıb. Orfoqrafiya lüğətinin 2013-2014-cü illərdəki nəşrlərinə 36 bənddən ibarət orfoqrafiya qaydaları daxil edilib.aznews.az

Manevr.az

Xəbəri paylaş







Müəllif: Musa Zeynal
Tarix: 18 yanvar 2018 15:05
Elə qonaq var ki, qapıdan qovmaq lazımdır...... Şəxsən mən bu yaxınlarda "Koroğlu"- dastanını yenidən "ərsəyə" gətirən "ziyalı"-ları ermənidən daha təhlükəli düşmən sayıram !!! Satqın "ziyalı"-larımız bir dəfə lüğətdə olan Türk sözlərini çıxarıb yerinə rus, fars və ərəb sözləri soxuşdurublar..... Eyni vaxt Türkiyədə "Osmanlı Türkcəsi"-ndən Türk sözləri çıxarılıb yerinəalman, ingilis və latın sözləri doldurularaq "Modern Türkcə" düzəldiblər...... Orta Asiya respublikalarıda bu "müasirlik"-dən istifadə ediblər...... Fikir eyni olub, dillər yavaş-yavaş dəyişilsin, eyni millətlər bir-birini başa düşməsin !!! Atalar yaxşı deyib: -"İlan vuran ala çatıdan qorxar".... Millətin dili dəyişilirsə (əgər yazılanlar düzdürsə söhbət on min sözdən gedir) bu 3-5 adamın bağlı qapılar arxasında etməsi ilə olmaz, heç olmasa savadlı insanlar arasında geniş müzakirələr aparmaq lazımdır ki, sonradan çox gec olmasın....!!!!
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar