Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış həkimlər Mərkəzi Neftçilər Xəstəxanasını tərk edir

Tarix: 14-01-2018 16:54     Baxış: 3265 A- / A+
Tanınmış həkimlər Mərkəzi Neftçilər Xəstəxanasını tərk edir

Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında ciddi maliyyə problemlərinin olduğuna dair məlumatlar yayılıb. Son günlər mətbuatda yazılan məlumatlarda xəstəxananın külli miqdarda borcunun olduğu, bu səbəbdən də tibbi personalın əmək haqlarının verilməsində çətinliklərin yarandığı vurğulanır. Hətta bir neçə tanınmış həkimin bu səbəbdən işdən könüllü surətdə ayrıldığı qeyd olunur.
Eyni zamanda, xəstəxananın iş prinsipləri bir çox həkimi qane etmir. Mərkəzi Neftçilər Xəstəxanasındakı işindən könüllü surətdə ayrılan və adının çəkilməsini istəməyən tanınmış həkim saytımıza deyib ki, girdiyi 7-10 min manatlıq əməliyyadan yalnız 200 manatla çıxması sərfəli deyil:

"Həmin əməliyyatı özəl xəstəxanada edib, əməyimin qarşılığını da normal şəkildə alıram. Orada çalışmaq heç cür sərfəli deyildi".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova modern.az-a bu haqda yazılanların həqiqəti əks etdirmədiyini bildirib:

"Xəstəxanın borcu yoxdur. Olsa belə, bunun həkimlərə, xəstələrə nə aidiyyatl var? Bu, dövlətin təsərrüfat hesablı xəstəxanasıdır. Artıq bir neçə gündür ki, reketliklə məşğul olan saytlar xəstəxanaya qarşı kampaniyaya başlayıb.

Sizin sorğunuz əsasında xəstəxanın rəhbəri Leyli Seyidbəyli ilə əlaqə saxladım. Onun da bildirdiyi kimi, xəstəxana tam surətdə fəaliyyətdədir. Burada işinin peşəkarı, mütəxəssis olan həkimlərin fəaliyyəti danılmazdır. Bu kimi məlumatlar sadəcə xəstəxananın fəaliyyətinə kölgə salmaq üçündür. Amma 60 illik fəaliyyəti olan bir yer üçün bunlar əbəsdir. İstənilən halda xoşagələn də deyil".

S.Əhmədova deyib ki, bir qrup həkim məsələ ilə bağlı müraciət imzalayıb:

"Bir qrup həkim ölkənin I vitse-prezidenti Mehriban Əliyevaya, Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb. Onlar müraciətdə belə yazıların qarşısının alınmasını istəyiblər. Heç kim ərizə yazıb işdən çıxmayıb. Kiminsə də işdən çıxmaq fikri yoxdur. Xəstələr də həkimlərdən narazılıq etmirlər. Narazı olsalar, heç xəstəxanaya gəlməzlər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar