Xəbər lenti
Məcburi köçkünlərə qayğı artır
Dövlət öz vətəndaşlarının rahat yaşaması üçün bütün inkanlardan geniş istifadə edir
“Bu il yeni köçkün şəhərcikləri, qəsəbələri salınacaq. Bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq. Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə, evlərə köçürmüşüksə, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülməlidir. Bu rəqəm çox da ola bilər”. Prezident İlham Əliyev bu sözləri Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Bu həqiqətlər göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının qayğısına hərtərəfli qalır, xüsusilə məcburi köçkünlərin çəkdikləri səfalətlərin aradan qaldırılması üçün əldə olan bütün imkanlardan səmərəli istifadə edir. Təsadüfi deyil ki, son 14 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Həmin müddətdə qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onlarla fərman və sərəncam imzalanıb, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, həmin Proqrama iki Əlavə təsdiq edilib.
Sözügedən proqramın uğurla həyata keçirilməsi nəticəsində, məcburi köçkün ailələrinin əksər problemləri öz həllini tapıb. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, dövlətin həyata keçirdiyi tədbirlər ilk növbədə yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Dövlət başçısının məcburi köçkün ailələri ilə keçirdiyi görüşlərin birində vurğuladığı kimi, hazırda ölkədə bütün çadır şəhərcikləri ləğv olunub.
Prezidentin sərəncamı ilə təsdiqlənən sənədlərə görə, Abşeron rayonunun Masazır qəsəbəsində ayrılmış torpaq sahəsində Bakı Dövlət Universitetinin 2 yataqxanasında müvəqqəti məskunlaşmış 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binaları tikilmiş və həmin ailələr bu binalara köçürülüb. Naftalan şəhərindəki “Goran”, “Şirvan”, “Azərbaycan”, “Mil” sanatoriyalarında müvəqqəti məskunlaşan 2620 nəfərdən ibarət 524 məcburi köçkün ailəsi üçün isə Goranboy rayonu ərazisində ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi başa çatdırılıb.Bu illər ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Dövlət Proqramına uyğun olaraq yüzlərlə məcburi köçkün ailəsinin məskunlaşdığı yataqxanaların təmirini həyata keçirib, məcburi köçkünlərin məskunlaşdığı yerlərə yollar, su, işıq xətləri çəkmiş, yeni məktəblər, uşaq bağçaları tikilmiş və digər işlər görülüb.
2017-ci ildə də bu istiqamətdə işlər uğurla davam etdirilib, 2300 ailə yeni evlərə, rahat mənzillərə köçürülüb. Cocuq Mərcanlı kəndinin bərpası ğrazi bütövlüyü uğrunda mübarizə tarixində yeni səhifə açıb. Kəndin ərazisində təzə salınmış 150 evlik gözəl qəsəbədə həyat yenidən qaynayır. Əhali dədə-babayurduna qayıdır. Prezident İlham Əliyev bu tarixi hadisəni belə qiymətləndirib: “Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq”.
Şıxarx qəsəbəsində salınmış 1170 ailəlik yeni şəhərciyin də mənəvi dəyəri çox yüksəkdir. Çünki, bu qəsəbələr Qarabağın düşməndən geri alınması inamının qəti və sərt reallığıdır.movqe.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar