Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu dərmanları qəbul etməyin, yoxsa...

Tarix: 13-01-2018 09:30     Baxış: 3272 A- / A+
Bu dərmanları qəbul etməyin, yoxsa...

Tərkibindəki əsas maddə ibuprofen olan və çox istifadə edilən dərmanlar yüksək dozada qəbul edildiyi zaman sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsinə səbəb ola bilər.
Bu barədə Fransa və danimarkalı alimlərin son araşdırmasında qeyd olunur.

Belə ki, iltihablaşmaya qarşı və ağrıkəsici xüsusiyyətinə malik olan dərmanların çoxunun tərkibindəki əsas maddə ibuprofendir. ABŞ-ın Milli Elmlər Akademiyasının PNAS jurnalında yayımlanan məqaləyə görə, ibuprofen adlı maddəni çox qəbul etmək "kişilik hormonu" adlandırılan testesteronun istehsalına təsir edir. Bu, sonrakı yaşlarda cinsi istəyin azalması, depressiya və əzələ əriməsinə yol açır.
Alimlər bildirir ki, hamiləlik zamanı aspirin, parasetomol və ibuprofen tərkibli digər dərmanların qəbulu oğlan uşaqlarının cinsiyyət orqanının inkişafına təsir edir. Fransa və danimarkalı alimlər bu araşdırmanı əvvəlcə hamilələr üzərində sınaqdan keçirib, sonra isə bu sınaqlar sağlam kişilər üzərində aparılıb.

Fransanın Ətraf Mühit və Sağlamlıq araşdırma İnstitutundan Bernard Jegou və Kopenhagen Universitetindən bir qrupla birlikdə apardığı kliniki araşdırmaya 8-35 yaş arası sağlam kişilər cəlb olunub. 6 həftə müddətində gündə 2 dəfə 600 milliqram (3 həb) əsas maddəsi ibuprofen olan dərmanlar qəbul etdirilib.

Bir müddət sonra sınaqlarda estesteronun istehsalına səbəb olan "luteinizan" hormonunun səviyyəsinin artdığı, ancaq testesteronun azaldığı müəyyən edilib. Ancaq alimlər dəqiq nəticələr əldə etmək üçün daha geniş qruplarda bu üsulun sınaqdan keçirilməsinin vacibliyini bildirib.

"İbuprofen"- temperatur endirmək, intihablaşmanı aradan qaldırmaq və ağrıkəsici effektinə görə soyuqlama və revmatizm ağrıları da daxil olmaqla bir çox xəstəliklərdə istifadə edilir. Alimlər bu dərmandan az hallarda istifadə edilməsinin ciddi bir problemə səbəb olmayacağını deyir. Amma uzun müddətli istifadə təhlükəlidir.

Məsələn, gənc idmançılar bu cür dərmanları dopinq təsiri yaratmadan ağrıkəsici olaraq mütəmadi istifadə edir. Həmçinin oynaq ağrıları və revmatizmdən əziyyət çəkən xroniki xəstələr bu dərmanlardan uzun müddət faydalanırlar.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar